Magazin1
Dəlixanaya düşən aktyorların həyatından bəhs edən komediya YENİDƏN KİNOTEATRLARA QAYITDI - VİDEO
Əlibəy Məmmədli, Türkay Cəfərli və Cövdət Şükürovun baş rollarda çəkildiyi “Kino Kino” filmi yenidən kinoteatrlara qayıdacaq.
Publika.az xəbər verir ki, bu barədə filmin rejissoru Gəray Həsənov məlumat yayıb. O, təqdimatı ötən il baş tutan filmin yenidən böyük ekranlara qaytarılmasını belə izah edib:
“Film birinci dəfə PR-sız daxil oldu, reklam edilmədi. Buna baxmayaraq cəmiyyətdə bəyənildi, müsbət rəylər aldıq. Odur ki, ikinci dəfə nümayişə salmağı düşündüm”.
Qeyd edək ki, komediya janrında və Bakıda real hadisələr əsasında çəkilən ekran işinin quruluşçu rejissoru Gəray Həsənov, rejissoru Nicat Ələsgərov, ssenari müəllifləri isə Züleyxa Nael və Gəray Həsənovdur.
Azərbaycanın yeni nəsil aktyorlarının ən parlaq simalarının baş rolları canlandırdığı filmdə Sahib Zaman, Günel İmanova, Nəsibə Eldarova, Şahin Nəsirli, Yeganə Orucova və başqaları da çəkilib.
“Kino Kino” üç dost - aktyor, ssenarist və rejissorun ciddi film çəkməsindən, daha doğrusu, çəkmək səylərindən danışır. Belə ki, onlar “Canavar” adlı kriminal dram çəkməyə qərar verirlər. Çəkilişlər üçün pul lazımdır, məhz bu səbəbdən onlar sponsorun axtarışlarına başlayır. Təəssüf ki, dostlar müraciət etdiyi investorlardan qeyri-adekvat cavablar alır. Məlum olur ki, sponsorları komediya və ya erotik filmlər daha çox maraqlandırır. Faktiki olaraq dostlar rədd cavabı alır. Amma onların belə tez təslim olmaq fikri yoxdur. Odur ki, əlacsız qalan bu üç yaradıcı şəxs öz vəsaiti hesabına film çəkməyə qərar verir. Bunun üçün dostlardan biri öz avtomobilini satır, digəri ailəsindən miras qalan qədim xalçalarını, üçüncüsü isə xanımına qızıllarını satmağı təklif edir. Lakin üçüncü dostun həyat yoldaşını qızıllarını satmağa razı salmaq çox çətin olur.
Ümumilikdə, “Kino Kino” aktyorların film çəkmək və dünya şöhrəti qazanmaq arzuları, amma bu arzuların yarımçıq qalmasından bəhs edir. Aktyorların dəlixanaya düşməsi və orada başlarına gələn sürprizlərlə isə yekunlaşır.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi






.jpg)




.jpg)






















.jpg)
.jpg)
