Magazin1
Xəzər TV-nin efirində BİABIRÇILIQ - Məşhur müğənnilər görün bir-birinə NƏLƏR DEDİLƏR
Xəzər TV-nin “Hər Şey Daxil” proqramının bugünkü buraxılışında Əməkdar artist Elza Seyidcahan, Manaf Ağayev və Mətanət Əsədova arasında ciddi qalmaqal baş verib.
Publika.az xəbər verir ki, buna səbəb Əməkdar artist Elza Seyidcahanın “gəncləri korlayan Manaflar, Mətanətlər var” deməsi olub. İfaçının bu sözləri həmkarları Manaf Ağayevlə Mətanət Əsədovanı hiddətləndirib.
Manaf Ağayev canlı efirdə bəstəkar-müğənniyə sərt cavab verib: “Onun oxumağı var ki? Yaxşı oxuyan olsa, toya gedər. Bu, mənim janrımdır, oxu tərzimdir. Fəxr edirəm ki, oxuyuram. Elza xanım, sizə heç nə demirəm. Çünki kişiyəm. Kaş, sizin yerinizə bu sözü hansısa kişi deyərdi. Onu həmin gecə yoluna qoymuşdum. Yediyim çörəyə tüpürmürəm, sizin evinizdə olmuşam. Qadınla nə danışım? Ona nə deyim?”.
M.Əsədovanın məsələyə münasibəti isə belə olub: “Cavab verdi ki, heç nə söyləməmişəm. Demişəm ki, xasiyyəti pisdir. Dedim, məni oğluna alacaqsan, evinə gəlin gələcəm? Hamının xasiyyəti eyni ola bilməz”.
Daha sonra efirə qoşulan müğənni E.Seyidcahanın açıqlaması gərginliyin artmasına səbəb olub: “Mətanət xanım bayaq mahnı oxudu, sözlərində deyildi ki, atları satıb ulaq aldıq. Özü öz cavabını verib. Mən onun özünün at yerində olub, ulaq yerində qalmağını istəmirəm”.
“Onun səsini kəsin. Danışmasın, telefonu bağlayın. Ulaq da, at da sənsən! Elza, məni heç kimlə səhv salma. Bəstəkar adı haramın olsun. Utanmırsan? Burada atdan, ulaqdan danışırsan! O kimdir ki, mənimlə belə danışır? Mən Elza deyiləm! Hələ ki, səni ulaq yerinə qoyub çırpırlar! Ağıllı ol! Tərbiyən olsun! Mənimlə təkbətək görüş, amma çaşma! Səni çaşıb...”, - deyə qəzəbini gizlətməyən Mətanət Əsədova cavab verib.
M.Əsədovanın emosional çıxışından sonra efirdən onun səsi kəsilib və reklam fasiləsi verilib.
Xatırladaq ki, ötən gün sözügedən kanala Xalq artisti Murad Dadaşov rəhbər gətirilib.
-
Region19 İyun 23:00İstanbulda metro qatarı relsdən çıxdı: yaralılar var - Yeniləndi
-
Səhiyyə19 İyun 21:26Daha bir nəfər rəqs edən həkimin qurbanı oldu - Video
-
Avropa19 İyun 21:00Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
-
Hadisə19 İyun 19:40Azərbaycan-Ermənistan sərhədində zəlzələ
-
Elm və təhsil19 İyun 18:50Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar
-
Sosial19 İyun 17:45Əli Əsədov daha bir qərar imzaladı
-
Sosial19 İyun 16:23Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ bilər
-
Sosial19 İyun 15:55Pensiya alanların nəzərinə












.jpg)



.jpg)



















