Magazin1
Fəxriyyə Xələfova karantindən danışdı: “Evdəki əhval-ruhiyyədən xanımlar cavabdehlik daşıyır”
“Bu gün dünya çox çətin, qlobal vəziyyətlə - koronavirus problemi ilə qarşılaşıb. Bu barədə çoxsaylı xəbərlər oxuyur və baxırıq. Odur ki, bütün bunlara böyük məsuliyyət hissi ilə yanaşmalıyıq. Başlıcası virusun geniş şəkildə yayılmasına icazə verməməliyik”.
Publika.az xəbər verir ki, bu sözləri azərbaycanlı rəssam-modelyer, parfümer, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə bağlı açıqlamasında deyib. O, hər kəsi karantin rejiminə əməl etməyə dəvət edib və bildirib ki, məsuliyyətsiz davranan, qaydalara riayət etməyən insanlar vəziyyəti daha da pisləşdirə bilər:
“Ölkə rəhbərliyi tərəfindən bütün önləyici tədbirlər görülüb. Bu prosesdə biz də öz vətəndaş borcumuzu yerinə yetirməliyik. Daha doğrusu böyük məsuliyyət hissi ilə və şüurlu şəkildə sosial izolyasiya qaydalarına əməl etməliyik. Sözsüz ki, bu mənada böyük öhdəlik əziz xanımların çiyinlərinə daha çox düşür. Başa düşürəm ki, bu müddətdə bir tərəfdən çox çətindir, digər tərəfdən yaxınlarımıza maksimum qayğı və diqqət göstərməliyik, evdəki əhval-ruhiyyədən xanımlar cavabdehlik daşıyır. Odur ki, əziz xanımlar, sizə möhkəm cansağlığı, nikbin əhval-ruhiyyə və səbr arzu edirəm. Ümid edirəm ki, dünya tezliklə bu qlobal problemin öhdəsindən gələcək”.
Aytən Məftun
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu






.jpg)





















.jpg)







.jpg)


