Magazin1
Babək Niftəliyev azan oxudu: “Allahın qəzəbinə tuş gəldik” - VİDEO
“Hazırda ailəmlə Gəncədə yaşayıram, 2 aylıq bazarlığımı etmişəm ki, tez-tez mağazaya getməyə ehtiyac yaranmasın, evdən çölə çıxmırıq. Əskinaslardan tutmuş aldığım hər bir məhsulu spirtləyirəm. Gün ərzində bir neçə dəfə evi spirtlə təmizləyirik, xüsusilə qapı saplarını. Evdə azyaşlı uşaqlar var, odur ki, onların əli çatan hər yeri dezinfeksiya edirik. Karantin rejimində evdə qalıb istirahət edirəm”.
Bu sözləri tanınmış xanəndə Babək Niftəliyev Publika.az-a xüsusi karantin rejimi ilə bağlı verdiyi açıqlamasında deyib. Tanınmış sənətçi izləyicilərə ümidsizliyə qapılmamağı, nikbinliyi qorumağı tövsiyə edib:
“Bilirəm ki, uzun müddət karantin rejimində qalmaq çətindir. Amma səbrli olmalıyıq, ən azından digər ölkələrlə müqayisədə vəziyyətimiz o qədər də ağır deyil. “Bomba yağışı”na da düşə bilərdik, bu günümuzə şükür etməliyik, müvəqqəti çətinlikdir. Bəziləri narahatdır ki, aclıq və qıtlıq olacaq. Bu vaxta qədər heç kim acından ölməyib, inşallah vəziyyət tezliklə düzələr, cənab Prezidentimiz ölkədə təhlükəsizliyimizin təmin olunması üçün lazımi tapşırıqlarını verib. Polis işçiləri, dövlət orqanları, əsgərlər və həkimlər gecə-gündüz çalışırlar ki, vəziyyət nəzarətdə saxlanılsın. Buna baxmayaraq, qaydaları pozub küçəyə çıxan insanlar var. Yaxınlarını və doğmalarını düşünürlərsə, küçəyə çıxmasınlar. Qətiyyən olmaz! Çünki virus gözlə görünmür, güllə deyil ki, hardan gəldiyini bilib özünü qoruyasan. Dost-tanışlarla gediş-gəlişi müvəqqəti olaraq dayandırmağa çalışın, qaydalara laqeyd yanaşmayın”.
Xanəndə oxuduğu azanla bu çətin günlərdə hər kəsə dəstək olması haqqında da danışıb. O, instaqramda paylaşdığı video ilə insanları Allaha daha yaxın olmağa səsləyib:
“Dua edirəm ki, Allahın rəhmi gəlsin insanlara. Allahın qəzəbinə tuş gəldik. İnsanlar yazıqdır. Tezliklə hərə öz işinə qayıtsın, bir tikə çörəyini qazansın.
Çoxları elə bilir ki, azanı yeni ifa etməyə başlamışam, lakin ilk dəfə Vyanada səsləndirmişəm. İstədim ki, ifamla Allaha pənah aparım. Bildiyim qədərilə dünyanın bəzi ölkələrində bu bəlanın tez sovuşması üçün dualar edilir, namazlar qılınır. İnsanlar dizüstə çöküb Allaha dua edir. İnanıram ki, vəziyyət düzələcək, dövlətimiz də bu istiqamətdə çalışır”.
Aytən Məftun
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ
-
MDB4 Noyabr 23:00Məşhur teleaparıcı 77 yaşında vəfat etdi - FOTO
-
Magazin14 Noyabr 22:24“Aygün xanımla aramızda soyuqluq var idi”




































