Magazin1
“Mahnının səhnədə dadına baxmamışam…” - VİDEO
“Uşaq vaxtı Zinət Amanini çox sevirdim. Məni də ona oxşadırlar. Gözəl bənzətmədir. “Əlibaba və 40 quldur” filmindəki obrazı yadımdadır, saçları uzun idi. Onun bütün mahnıları, filmin kadrları yadımdadır. Sözlərini bilməsəm də, musiqisini xatırlayıram”.
Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova “ATV maqazin onlarla” verilişində deyib.
Səhnəmizin divası onu məşhur hind aktrisası Zinət Amaninin “Əlibaba və 40 quldur” filmindəki obrazına bənzədilməsindən bəhs edib.
A.Kazımova “Dəli fikirlər” mahnısından danışıb və bildirib ki, hələ bəstəni ürəyi istəyən qədər təqdim edə bilməyib:
“Karantin dövrünə düşdük. Hələ mahnını doyunca ifa edib, səhnədə dadına baxmamışam. Səhnə performansları hələ qarşıdadır.
Bütün dəli fikirlərimi həyata keçirmişəm. Nəticəsini də siz görmüsünüz. Əvvəl qəribə qarşılamısınız, sonra isə alqışlamısınız. Artıq tamaşaçılar da 33 ildir buna öyrəşib. Mənim bütün dəli fikirlərim yaradıcılıqla bağlıdır”.
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır








.jpg)
.png)



























