Magazin1
"Təki mənim ciyərlərim ona nəfəs verməyə qadir olsun" - Sənət dostlarından Bəhram Bağırzadəyə DƏSTƏK - - FOTO
Hazırda Mərkəzi Gömrük Hospitalında müalicə alan Əməkdar artist Bəhram Bağırzadəni sənət dostları tək qoymayıb.
Publika.az xəbər verir ki, koronavirusla mübarizə aparan aktyorun səhhəti ciddi nəzarət altında olsa və yanına heç kəs buraxılmasa da, dostları ona sosial şəbəkələr üzərindən dəstək olmağa çalışıb. Belə ki, sənət adamları ulduzla fotolarını paylaşaraq tezliklə sağalıb ayağa durmasını arzu edib:
Xalq yazıçısı Çingiz Abdullayev:

“Bəhram Bağırzadə, bütün fikirlərimiz və ürəyimiz səninlədir, sağal”.
Xalq artisti Murad Dadaşov:

“Dostum-qardaşım! Bəhramımız! Sən tək ailən və dostların üçün yox, hər kəs üçün dəyərli və əziz insansan. Əmin ol ki, bütün Azərbaycanın duaları səninlədir. Sən həmişə imanınla seçilmisən. Allah səni qorusun! Sənin yaxşı bir sloqanın var - #pozitivol! Pozitiv olaq, dostum! Biz hamımız yanındayıq, tez sağal! Səndən şad xəbər gözləyirik! Zəng elə! Səsin gəlsin!”
Aparıcı Nərgiz Cəlilova:

“Sizi sevirik və şəfa diləyirik!”
Xalq artisti Elçin Əzizov:

“Əziz dostum və qardaşım! Sağlamlığın üçün dua edirik! Allah şəfa versin! Bizim doğmamız! Biz hamımız sənin sağlamlığın üçün dua edirik! Sən güclüsən və mütləq bu xəstəliyə qalib gələcəksən! Sən öz dostlarına, ailənə, ölkənə çox lazımsan! Bizə həmişə bəxş etdiyin sevgi, qayğı və xeyirxahlıq yüzqat özünə qayıtsın! Qoy Ulu Tanrı səni tez sağaltsın!”.
Əməkdar artist Cabir İmanov:

“Sən həmişə çox güclü olmusan, güclüsən və olacaqsan. Tez sağal, mənim əziz qardaşım. Allah köməyin olsun!”
Xalq artisti Tünzalə Ağayeva:

“Bəhram, tez sağal, lütfən. Dualarımızdasan. Allah sənə və bütün xəstələrimizə şəfa versin”.
Aparıcılar Zaur və Günay Baxşəliyevlər:
“Əzizimiz Bəhram Bağırzadə, sənə Allahdan şəfa diləyirik! Tez sağal, aramıza dön, bizi güldür, əyləndir, sevindir, düşündür! Səni çox sevirik! Tezliklə xoş xəbərini eşidək! İnşallah”.
Zamiq Hüseynov:

“Əziz dostumuz, doğmamız, dualarımız səninlədir, tez sağal! Hələ sənin görəcəyin çox işlər var. Allah səni qorusun, əzizim. Pozitiv ol”.
Hacı Nuran:

“Bəhram Bağırzadənin vəziyyətinin kritik olması mənim üçün üzücü xəbərdir ... Belə anlarda seyrci qalmayacağım hamıya bəllidir ... Könüllü olaraq ağ ciyər donoru olmağa qərar verdim ... Dost yolunda canımdan can lazımdırsa, əsirgəmərəm, təki bakılı oğlan sağalsın ... Təki mənim ciyərlərim ona nəfəs verməyə qadir olsun ... Çünki əlimdən dualardan və ciyərimin bir parçasını verməkdən başqa bir şey gəlmir ... Tanrı möcüzə göstərsin, Bəhram ... Sən bizə, dostlarına, ailənə, tamaşaçılara çox lazımsan ...”
Oksana Rəsulova:

“Hər şey yaxşı olacaq. Allah şəfalar versin”.
Elmir Məhərrəmov:

“Allah şəfa versin Bəhram qardaşımıza! Dualarımız səninlədir!”
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)





























.jpg)
.jpg)
