Murad Dadaşov Bəhram Bağırzadə haqqında: “Ailəsi ağır vəziyyətdədir” - - VİDEO
Bizi izləyin

Magazin1

Murad Dadaşov Bəhram Bağırzadə haqqında: “Ailəsi ağır vəziyyətdədir” - - VİDEO

Video əlavə olunub.

xxx

“Bu günlər ərzində Bəhramın səhhəti ilə maraqlanan hər kəsə təşəkkür edirəm. Bəhram cəmiyyət və xalq üçün fərdi insandır. Bizim ikinci Bəhramımız yoxdur. Odur ki, onun səhhəti ilə bağlı xəbərlər hamımızı çox məyus etdi. Təəssüf ki, kimlərsə bu müddət ərzində onun səhhəti ilə bağlı ajiotaj yaradacaq xəbərlərə əl atdı, müəyyən spekulyasiyaya səbəb axtardı. Bəhramı hamı sevir, o, bu cəmiyyətdə heç kimə pislik etməyib. Bu anda susmaq düzgün deyil. İnsanlar onun səhhəti barədə bizdən xəbər gözləyir. Susanda şayiələrin yayılmasına səbəb yaradırıq. Bəlkə də diqqət çəkmək üçün atılan bir addım idi, bilmirəm...”.

Publika.az xəbər verir ki, bu sözləri Xəzər Televiziyasının rəhbəri, Xalq artisti Murad Dadaşov “Planeta Parni İz Baku” instaqram kanalında Tahir İmanov və Ələkbər Əliyevlə söhbətində bildirib. Murad Dadaşov koronavirusla mübarizə aparan aktyor Bəhram Bağırzadə ilə bağlı təəssüratlarını bölüşüb:

“Onun səhhəti ilə maraqlanan və bu işdə səy göstərən hər kəsə təşəkkür edirəm. Həm dövlət başçımız, həm də Birinci vitse-prezident Mehriban Əliyeva bu işlə şəxsən maraqlanır.

Aydındır ki, ailəsinin vəziyyəti ağırdır, amma bu barədə yazanda bir faktı yaddan çıxartmayaq. Hamının xoşuna gələ bilmərik, bir-birimizi sevsək də, sevməsək də, eyni cəmiyyətdə yaşayırıq və bir-birimizə bağlıyıq. Onun yaşlı anası, övladları, bacısı, ailəsi və bizim kimi qardaşları var. Biz hamımız gərginik, çox çətin məsələdir. Bu bəla millət, yaş, cins, sərhəd tanımır. İstənilən qapını döyüb içəri girə bilər. Bu hadisə “koronavirus yoxdur” deyənlərə cavabdır. Bu çətin missiyanı Bəhram öz üzərinə götürüb. Deyirlər Allah insana bacardığı qədər dərd verir. Ümidvaram ki, Bəhramın gücü, bizim dualarımız, onun xoş energetikası kifayət edər ki, bu bəladan xilas olsun. Açıq deyim, proqnoz və s. kimi şeylərə yox, möcüzələrə inanıram. İnsanın həyatı boyu etdiyi yaxşılıqlar ən çətin anlarda onun qarşısına çıxır. Ümid edək ki, Allah Bəhramı balaları, xalqımız və bizim üçün qoruyacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm