Magazin1
Tahir İmanov şayiə yayanları YIXIB-SÜRÜDÜ: "Başsağlığı verməyə başlayıblar..."
Əməkdar artist Tahir İmanov İnstaqramda aparıcılıq etdiyi "Planet Parni iz Baku" komandasının 2+1=4 layihəsinin canlı yayımında Bəhram Bağırzadə haqqında ölüm xəbəri yayanları sərt tənqid edib.
Teleqraf.com-un məlumatına görə, Tahir İmanov bu sözləri deyib: "Bu hadisələr bir həftə, on gün əvvəl başladı. Onu ilk bilən adamlardan biri də mən oldum. Bəhram mənə dedi ki, belə hadisələr baş verir, test vermişəm, müsbət çıxıb. Halbuki hamımız bilirik ki, üç dəfə test verildikdən sonra nəticə bəlli olur. Bəhram çox hisrlənmişdi. Artıq diri adama baş sağlığı verməyə başladılar.
Bəhram Bağırzadə haqqında sosial şəbəkədə yazıblar ki, "Özünü xəstəliklə reklam edənin hekayəsi... Xəstəlik tutur, test pozitiv göstərir, xəstəxana, ailəsi, özü təsdiqləyir və axşam nə isə olur, testin cavabı neqativ olur". Cavab olaraq həmin şəxsə deyirəm ki, indi bilirsiniz testin nəticəsinin neqativ çıxmadığını. Böyük şəxsiyyətin adına təhqiredici sözlər yazırlar. O, sözün sahibi, eşidirsinizsə, məni tapın. Sizinlə başqa cür danışaq.
Ömür boyu kişi kimi pul qazanana, heç kimin qarşısında baş əyməyən insana sizin çox sağ olunuz budur?
Ayıbdır. Pərəstişkarlarımızdan xahiş edirəm ki, belə şərhləri görəndə dərhal cavab verin. Sizin dəstəyinizə ehtiyacımız var. Bu günlərdə çox pis şayiələr gəzir, guya Bəhram Bağırzadə dünyasını dəyişib. Birincisi, Bəhram Bağırzadə sağ-salamatdır, nəfəs alır, onu gözəl həkimlər müalicə edirlər. Və Allahın köməyi ilə Bəhram ən yaxın zamanlarda sıralarımıza qayıdacaq. Və özü həmin insanların cavabını verəcək".
Qeyd edək ki, Bəhram Bağırzadə koronavirusa görə iyunun 13-dən Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)





























.jpg)
.jpg)
