Magazin1
80 kq arıqlayan məşhur psixoloq HƏYAT SİRLƏRİNİ AÇDI: "Elnur müəllim məni..." - FOTOLAR
Gərgin iş gününün sonu hündürdaban ayaqqabıların alçaqdabana keçməsi, gözümün birinin kiçilməsi, dodaq boyamın silinməsi, saçımın dağınıq toplanması özünü bəlli edir. Bircə səliqəli paltar və mən qalmışam... Paltarın gözəlliyi, səhər evdən gümrah formayla çıxışım və indiki rəsm... Amma səni hər halınla sevən, bəyənən bir insanın yanında olmağın hüzurunu yaşayıram...”.
Publika.az xəbər verir ki, bu sözləri psixoloq Narınc Rüstəmova sosial media hesabında yazıb.
Həyat yoldaşı, eyni zamanda kolleqası Elnur Rüstəmovla birlikdə fotolarını paylaşan psixoloq artıq çəkisinin olduğu dövrlə indiki vəziyyətini müqayisə edib və bu zaman ərzində həyat yoldaşının ona necə dəyər verdiyindən söhbət açıb:
“Vaxt var idi incə-mincə qız idim - Elnur müəllim məni tanıyanda... Sonra uşaq üstündə müalicələrlə kilom artdı və artdı. Amma heç zaman məhəbbətdə fərqi hiss etmədim. Əksinə, kilolu zaman daha da sıx sarıldı mənə. Səni hər halınla sevən birisi varsa həyatında, deməli, həm sən yaxşısan, həm qarşındakı. Bir sözlə, istər kilolu ol, istər arıq, istər gözünün biri balaca olsun, biri böyük, istər bəzəksiz ol, istər bəzəkli. Yetər ki insan ol. Xarakterin o qədər gözəl olsun ki, ovsunla qarşındakı insanı. Gözəllik etalonu yoxdur mənim üçün, insanlıq etalonu var. Ürək eyni ürəkdir, istər üstündə 140 kilo daşısın, istər 60. Bircə Elnur müəllim o vaxt boynumu qucaqlayırdı, indi belimi”.

-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi








.jpg)






.jpg)




















.jpg)

.jpg)