Magazin1
Nazilə Səfərli general ailəsini ziyarət etdi: “Bütün şəhid analarının qarşısında baş əyirəm!”
Şairə Nazilə Səfərli Azərbaycan-Ermənistan sərhəddi Tovuz rayonu ərazisində şiddətli döyüşlərdə şəhid olan general-mayor Polad Həşimovun ailəsini ziyarət edib.
Publika.az xəbər verir ki, şəhidin ailəsinə dəstək olmaq üçün Sumqayıta yollanan N.Səfərli duyğularını instaqramda paylaşıb:
“Bu gecə yuxum ərşə çəkildi. Evin içində havalı kimi var-gəl etdim. Çox çalışdım yata bilmədim ki, bilmədim... Durub gəldim Sumqayıta şəhidin qapısına. Saat 4:34 idi. İşıqları sönmüşdü. Qalxdım evə, qapını döyməyə cəsarət etmədim, kirimişcə düşdüm həyətə. Bayraq asılmış eyvana xeyli tamaşa etdim. Bir evə baxdım, bir də evdən çıxan qəhrəmana... Müqayisə ediləsi deyil. Birdən pəncərənin işığı yandı. Dərhal qalxdım yuxarı və başına qara yaylıq bağlamış general anasının ayaqlarına döşəndim. Allah səbr versin ay ana. Oğlun şəhid oldu və bütün Azərbaycanı sənə borclu etdi. Borcumuzu qanımızla ödəməliyik!
Allah rəhmət eləsin cənab general! Siz yeganə general oldunuz ki, əsgərlə bərabər öndə döyüşüb şəhidlik zirvəsinə ucaldınız! Şəhidlər ölməz, Vətən bölünməz! Belə kişiləri tarix min ildə bir yetirər...
Şəkili ona görə çəkdirdim ki, böyütdürüb evdə divardan asacam. Hər ana general şəhid vermir. Baxıb fəxr edəcəm, ibrət alacam! Bütün şəhid analarının qarşısında baş əyirəm!”.
-
Magazin206:16"Avroviziya 2026"da finala çıxan ölkələr - Siyahı
-
ABŞ04:14UNO videosunda keruv mələyi göründü - FOTO
-
Magazin101:11Tanınmış müğənni kövrəldi - “Qədrimi bilməmişəm”
-
Magazin100:15Rəqsanə estetik əməliyyatdan sonra tanınmaz halda - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Geri dönüş yoxdur
-
Magazin112 May 23:00“Başıma pis hadisə gələcəyini hiss edirdim"
-
Magazin212 May 22:30Vyanada "Avroviziya-2026" mahnı müsabiqəsi başlayır - CANLI
-
MDB12 May 21:12Fyodorov dolların ucuzlaşmasının səbəbini açıqladı






















.png)












