Magazin1
Aysel karantin günlərinin növbəti hitini TƏQDİM ETDİ – VİDEO
Ötən il Rusiyanın “Playlist MosArtist” layihəsinin qaliblərindən biri olan, 2018-ci ildə ölkəmizi “Eurovision” mahnı müsabiqəsində təmsil edən, bəstəkar-pianoçu və ən nəhayət yeni nəfəs verdiyi “Dilbərin ariyası” kompozisiyası ilə sevilən müğənni Aysel Məmmədova yayın yeni hiti olmağa iddia olan mahnısını təqdim edib.
Publika.az xəbər verir ki, karantin günlərində özünü tamamilə yaradıcılığa həsr edən ifaçının “Bu bir sondur” adlı nəğməsi yutub kanalında dinləyicilərin ixtiyarına verilib. Bir müddətdir ki, tizeri təqdim edilən mahnının sözləri və musiqisi sənətçinin özünə, səs prodüserliyi isə Emin Kərimiyə aiddir.
Adətən rus və ingilis dilində kompozisiyalar ifa edən ulduzun belə görünür ki, bu yayı dincəlmək niyyəti yoxdur. O, bu uzun karantin günlərində dinləyicilərinin darıxmaması üçün əlindən gələni edir.
Məlumat üçün bildirək ki, Aysel Məmmədovanın bu günlərdə şairlik istedadı da üzə çıxıb. Belə ki, onun “Sevirəm”, “Demə mənə neyləyim” mahnılarının da sözləri özünə aiddir. Aranjeman isə yenə Emin Kərimiyə məxsusdur.
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər








.jpg)
.png)









.webp)





















