Magazin1
Məşhur aktyor: “Könüllü olaraq Azərbaycan ordusuna yazılmağa hazıram” - VİDEO
Video əlavə edilib.
*****
10:32
Əslən azərbaycanlı olan aktyor Tamer Karadağlı Azərbaycanda könüllü olaraq orduya yazılmağa və Ermənistanla müharibə olarsa, iştirak etməyə hazır olduğunu açıqlayıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor “Jülide Ateşle 40” verilişində qonaq olub. O, aparıcının “Azərbaycan üçün könüllü əsgərliyə gedərsinizmi?” sualına cavab verib:
“Məni bu yaşdan sonra qəbul etməzlər, amma əgər ehtiyac olsa, çağırsalar, niyə də olmasın? Bir millət, iki dövlətik deyirik. Odur ki, öz vəzifələrimizi yerinə yetirməliyik”.
“Azərbaycan mədəniyyəti üçün darıxırsınızmı?” sualına isə aktyorun cavabı belə olub:
“Darıxmıram, çünki o mədəniyyəti yaşayıram. Bütün ailəmiz o mədəniyyəti yaşayırdı. Evimizdə həmişə Azərbaycan yeməkləri hazırlanırdı, xalalarım, əmilərim Azərbaycandaymış kimi danışırdılar. Hər nə qədər Azərbaycan əsilli olsam da, Bakıya ilk dəfə iki əvvəl getmək qismət oldu. Yeməkləri, insanları, danışıqları o qədər yaxın gəlmişdi ki mənə, izah edə bilmirəm”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)

.jpg)








.jpg)

















.jpg)
.jpg)

