Magazin1
Bir yumruq altında birləşməliyik - Xalq artisti
“Sevincimin həddi-hüdudu yoxdur. O qədər qürurluyam ki, təsəvvür edə bilməzsiniz. Allahıma şükür edirəm ki, bu günləri ölmədən görə bildim. Arzu edirəm ki, bayrağımız Şuşa və Laçında dalğalansın. Bu tarix tariximizə qızıl hərflərlə yazılacaq. Qovuşmağı illərdir arzu etdiyimiz torpaqlarımızın bir hissəsi güclü ordumuzun sayəsində yenidən bizə qaytarıldı”.
Bu sözləri Əməkdar artist Aybəniz Haşımova Publika.az-a açıqlamasında deyib.
“Bütün yaradıcılığımı demək olar ki, milli vətənpərvərlik ruhununun gənclərimizə və tələbələrimə aşılanmasına həsr etmişəm. Övladlarımızın vətənpərvər ruhda yetişməsinə çalışmışam və hər zaman bu günü görmək arzusu ilə yaşamışam. Torpaq uğrunda döyüşən əsgərlərimizə Allahdan böyük ruh yüksəkliyi və can sağlığı arzu edirəm. Xalqımızın bütü duaları əsgərlərimizlədir, bu müqəddəs yola ürəklə getsinlər, çünki o torpaqlar bizimdir.
Azərbaycan Ordusunun qarşısını insanlıqdan başqa heç nə kəsə bilməzdi. Bu illər ərzində Azərbaycan oğlu yalnız insanlıq naminə dözürdü. Düşmən özü buna şərait yaratdı, artıq insanlıq göstərdiyimiz yetər. İnşallah qələbə bizimlə olacaq”, - A.Haşımova bildirib.
Əməkdar artist ordumuzda və cəmiyyətimizdə böyük ruh yüksəkliyi, döyüş əzmi olduğunu, eyni zamanda xalqımızın Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini və qələbənin yaxında olduğuna inandığını qeyd edib:
“Cənab İlham Əliyev Azərbaycanın şərəfi uğrunda hansı addımları, mövqeləri və taktikanı işlədəcəksə, bir vətəndaş olaraq biz də onun yanındayıq”.
“Mübarizə hələ qarşıdadır. Bu, böyük bir savaşdır. 27 sentyabr döyüşləri birinci addımdır, sonuncu addım Şuşada olacaq. Ruh yüksəkliyi ilə yanaşı, cəmiyyətimiz ciddiliyini də qoruyub saxlamalıdır. Anlamalıyıq ki, hərbi vəziyyət və internetin olmaması təbii haldır”.
Ermənistanın 30 ildən artıqdır ki, Azərbaycan xalqına qarşı işğalçılıq siyasəti həyata keçirdiyini deyən Xalq artisti Fərhad Bədəlbəyli hər kəsi əsgərlərə dəstək olmağa səsləyib:
“Əsgərlərimizə dəstək olmaq və onların yanında olmaq üçün artıq bir neçə musiqiçi ilə danışmışam. İkinci Dünya müharibəsində bütün musiqiçilər cəbhəyə gedirdi. Bülbül orda konsert verirdi. Hər kəs bacardığını etməlidir. Bütün siyasi partiyalar, hər bir Azərbaycan vətəndaşı belə bir gündə bir yumruq kimi birləşib orduya dəstək verməlidir. Əsas mübarizə qarşıdadır”.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)





























.jpg)
.jpg)
