Magazin1
Ayselin yeni “Drama”sı - VİDEO
2018-ci ildə ölkəmizi “Eurovision” mahnı müsabiqəsində təmsil edən, bəstəkar-pianoçu, müğənni Aysel Məmmədova “Drama” və “Kədər nədir” adlı yeni mahnılarını dinləyicilərin ixtiyarına buraxıb.
Publika.az xəbər verir ki, ard-arda yeni layihələrini təqdim edən ulduzun “Drama” mahnısının musiqisi və sözləri özünə aiddir. Demək olar ki, sənətçinin repertuarına daxil olan bütün mahnıların müəllifi özüdür.
“Kədər nədir?” kompozisiyası Qarabağ müharibəsi zamanı həyatını itirən insanların xatirəsinə həsr olunub. Sözügedən mahnının aranjimanı və səs rejissoru Emin Kərimə aiddir. Qəzəli Vaqif Kəhrizliyə məxsus olan muğam hissəsini Orxan Hüseynli ifa edib. Ekran işinin video-çarxında Gəncə və Bərdə şəhərlərinin bombalanması zamanı lentə alınan kadrlardan istifadə olunub.
“Əslində mahnılarda konkret bir emosiyanı ifadə etmək məqsədim yoxdur. Musiqi ruhun özünün diktə etdiyi bir formaya çevrilir. Bu, kədər də, sevinc də ola bilər. “Kədər nədir” faciəvi hadisələrə həsr olunub, odur ki, burada lirika ən düzgün emosiya idi.
Müharibə başlayandan bir çox musiqiçi dostlarım təklif etdi ki, xalqımızın müharibədə başına gələn ağrıları musiqiyə çevirək. Əlbəttə ki, bir vətəndaş olaraq çox təsirlənmişdim. Lakin mən duyğularımı məcbur edə bilməzdim, ilham özü gözləmədiyin bir anda başına qar kimi qonmalıdır. Mənim üçün sifariş və təkliflə musiqi yazmaq mümkünsüzdür”, - A.Məmmədova bildirib.
“2 ay mahnı yaradıcılığımda durğunluq oldu, o mərhələdə heç nə yazmadım. Müharibənin bitməsi mənə yeni ruh verdi və mən bir gündə 3 mahnı yazdım. Qarışıq duyğular yaşayırdım, Gəncə, Bərdə və Tərtər şəhərlərində məsum körpələrin yatdığı yerdə qətlə yetirilməsi qəlbimi sızladırdı. “Yat rahat” və “Kədər nədir” artıq təqdim olunub. Müharibə qurbanlarına həsr olunmuş növbəti layihəmi isə qarşıdakı aylarda təqdim etməyi planlaşdırıram.
Ümid edirəm ki, nəğmələr müharibədə yaxınlarını itirmiş insanların yaralarına az da olsa, bir sığal çəkəcək. Çox ağır hadisələr idi, amma musiqinin ilahi gücü insanları həmişə xilas edib, bir rahatlıq gətirib. Musiqinin bütün gözəlliyi və məntiqi də ondadır ki, insanlarda istənilən emosiyalar yarada bilir. “Yat rahat” və “Kədər nədir”, eləcə də bu mövzuda yazılmış digər layihələr insanları duyğusal notlara kökləsə də, həm də təsəlli mənbəyi olacaq”.
Aytən Məftun
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı