Magazin1
Afətin polislə hədələdiyi müğənni Nazənindir? - VİDEO
Müğənni Afət Fərmanqızı video açıqlama yayaraq polisə müraciət edib.
Publika.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi adını açıqlamadığı xanım müğənninin ünvanına ittihamlar səsləndirib. Afət həmin xanımın adının "N" hərfi ilə başladığını vurğulayıb:
"Onun və ailə üzvlərinin telefonu araşdırılsın. Bizi xaricdə yaşayan bir nəfərə söydürür. Kimlərə pul yardımı edir öyrənilsin. Bizdən pul tələb olunur, verməyəndə deyirlər sizi şantaj edəcəyik. Həmin müğənni Manaf Ağayevlə düşmən idi. Manaf mənlə mahnıya görə küsdü, həmin xanım Manafla barışdı. Manafla barışdığım gecə mənə söydürdü. Zəng vurdum ona ki, söz alım. Dedim, məni söydülər. Qayıtdı ki, sənə lazım idi Manafla barışmaq. Başa düşdüm ki, düz yoldayam.
Adıma olmazın şeylərin söydürür. Çünki çəkilişdə stolumun başında Manaf oturmuşdu. Utanmırsan, balanın qabağına çıxacaq. Biz gözəl bilirik səne dirsən. Boğaza yığılmışıq. Yaşın 60-a çatıb, hələ də xaric oxuyursan. Nə edəcək? Yalandan bir kişini öyrədəcək ki, denən, Afəti filan qiymətə gətirmişəm. Başqasının ərini gətirib evə salmısan, sən niyə söyülmürsən? Nə etmişəm ki məni söyürlər? Ən ucuz qiymətə toya getmişəm, niyə söyülürəm? Rəfiqənin ərini əlindən almısan, sən niyə söyülmürsən?
Mənim yanımda məhkəməlik olduğu müğənnini söydürüb pul verdi. Ərinin xaricdə olan maşın salonu var, orada olan işçinin əli ilə xaricdə yaşayan birinə pul göndərir.
Flora Kərimova, Nüşabə Ələsgərli, Roza Zərgərli, Təranə Qumraldan danışmıram, mərd xanımdı, mərd düşmənçilik edir. Dediyim sözlər onlara aid deyil. Amma sən tülkü kimi düşmənçilik edirsən. Hər şeyi görmüşəm, açacam adla deyəcəm".
Qeyd edək ki, izləyicilərin əksəriyyəti şərh bölümündə həmin xanım müğənninin Nazənin olduğunu yazıblar. Afət isə yazılan "N...N" şərhinə, "hə" cavabını verib. Nazəninlə Afət bir vaxtlar rəfiqə olsalar da, son günlər küsülüdürlər. Eyni zamanda Nazəninlə Manaf Ağayev də küsülüdür. Təranə Qumralla məhkəməlik olan sənətçi də Nazənin olub.
-
Hadisə09:45Azərbaycandan qaçan məktəb direktoru Türkiyədə tutuldu
-
MDB09:13Rusiya ordusunda qalmaqal və arvad xəyanəti: Məşhur pilot intihar edib?
-
Ekopublika.az08:37Bir sıra dövlətlərin mərkəzi bankları qızıl ehtiyatlarını azaltmağa başladılar - Nə baş verəcək?
-
MDB07:15Rusiyada miqrantlarla bağlı sərt qərar
-
Avropa05:45Aİ ölkələri qənaət rejiminə keçməli olacaq - Xəbərdarlıq
-
ABŞ05:15İranın 10 gəmisi ABŞ-ın blokadasını yarmağa çalışdı
-
Qoroskop01:40Günün ulduz falı: Maliyyədə gizli imkanlar üzə çıxacaq
-
Region15 Aprel 21:37Məktəbdə qətliam törədən yeniyetmənin fotosu











.jpg)
























