Magazin1
Ayan Nadirlə olan görüntülərindən GÖRÜN NƏLƏR DEDİ - VİDEO
Çalışdım ki, Selena sevgi ilə böyüsün, heç bir boşluğu hiss etməsin. Çox mərhəmətli uşaqdır. Nə xoş ki, belə mərhəmətli övladım var. Çox yazılar oxuyuram, bəs qız övladı böyüdürsünüz... Ümumiyyətlə, heç kim heç kimin həyatını nə görür, nə də onun həyatını yaşayır. Dəyişmək kimi ehtimalım ola bilməz. Dostlarım məni belə tanıyır, geri qalanlar vecimə də deyil. Çox istəyərəm ailəm, ikinci övladım olsun. Bu, zaman, qismət işi, alın yazısıdır. Gözləmədiyin anda elə bir hadisə baş verə bilər ki, sən ona yox deyə bilmərsən...
Publika.az xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva MTV-də Lamiyə Balacayevanın aparıcılığı ilə yayımlanan “Üzə-düz” verilişində deyib. Ulduz seçici olmadığını bildirib:
“Bugünkü boşanma statistikasına baxanda görürük ki, çoxu valideyn təsiri altına düşür. Amma hər şey gəlib dayanır maddiyyatda. Deyirlər ki, soğan-çörək yeyim, amma hüzurum olsun. Vallah hüzur soğan-çörəkdə deyil. Bir az real olun, mən sizin ürəyinizdən keçənləri deyirəm, sonra siz məni qınayırsınız. Qadının tələbləri, kişinin də psixoloji gərgin anları olur... Həmişə demişəm ki, mənim həyatımda olan insan məndən 10 qat artıq güclü olmalıdır. Və mən hiss etməliyəm ki, həyatımda əsl kişi var. Zaman var idi ki, özəl həyatımdan ağızdolusu danışırdım. İndi susacam ancaq. Bu, mənim şəxsi həyatımdır. Hər zaman sevilən qadın olmuşam”.
Atasından söz açan Ayan onu 8 yaşında itirdiyini deyib:
“O, avtomobil qəzasında dünyasını dəyişdi. Hər kəs valideyn ola bilmir. Atam haqqında çox danışmaq istəmirəm, anam bizə o yoxluğu hiss etdirməyib. Atasız böyüsəm də, mənim özüm ayaq üstə dayana bilirəm, ağlım, iradəm yerindədir. Kim məni pis yola çəkə bilər? Heç kim! İnsanın öz qabında olmalıdır. Anam mənə o qədər dəstək olub ki, ataya ehtiyac duymuram!”
O, Nadir Qafarzadə ilə yayılan görüntülərinə də münasibət bildirib:
“O insanların fikri mənə önəmli deyil. Bir insanın xarakteri necədirsə, həyata baxışı da elədir. Onu dəyişə bilmərəm. Pis insanlar mələyi də şeytan görürlər. Onların fikrini dəyişməyə nə həvəsim, nə də vaxtım var! Bu, şou dünyasıdır və burada hər şey baş verir. Hər kəsin özəl həyatı var. O insanlar da bizi bilir. Mən özümü tanıyıram? Mənə yetər!”
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp









.jpg)
















.jpg)
.jpg)





