Magazin1
Zamiq: Ronaldo sırğa taxır, onu bizimkilər etsə... - VİDEO
Addımlarım o qədər çətin olub ki, indi bu yerdə olmağım mənim üçün böyük bir uğurdur, hər gün Allahıma təşəkkür edirəm. Səhv addımlar atmaq bizə yaraşmaz. İstər həyatımda, istərsə də sənətimdə zərərli vərdişlərdən uzağam. Günah edərəm, Allahın mənə verdiyi bu qədər uğurun qarşılığında. Mənə bu qədər qapılar açdı, yüksəkdə oturub günah etmək mənə yaraşmaz.
Publika.az xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov MTV-də Lamiyə Balacayevanın aparıcılığı ilə yayımlanan "Üzə-düz" verilişində deyib. Sənətçi bildirib ki, hər zaman həmkarları ilə rəqabət aparıb:
"Bir insan yaxşı iş görəndə baxıram ki, daha çox sevgi, rəğbət alır. Bu, məni sevindirir ki, rəqabət yaranır. Deyirəm, qoy birini də mən edim. Amma rəqabət yoxdur, təəssüf ki, sıfra bərabərdir. Heç bir sənət dostumun xətrinə dəyməsin. Öyünmürəm, məni də həvəsləndirən yoxdur. Hamı çəkilib kənara ki toyum var, daha bəsdir. İş görən çox az sənətçi var, 1, ya 2. Hamı deyir elə 1 mahnı oxuyum, vəssalam. Həvəs də yoxdur, bilmirəm niyə".
Oğlu Zeyndən danışan Zamiq onu ərköyün böyütmədiyini deyib:
"Mənə çox oxşayır. Asta-asta formalaşır. Baxıram ki, xasiyyəti, küsməyi, hər şeyi eynilə mənəm. İnsanlara tez yaxınlaşmır, əvvəl ehtiyat edir. Gərək bir neçə saat keçsin. Həmin adamı 2-3 gün görsün ki, yaxınlaşa bilsin. Görünüşcə də bənzəyir. Anam deyir ki, ona baxanda elə bilirəm səni görürəm. Musiqi duyumu çox yaxşıdır. 2 yaşı var, notları elə düz oxuyur ki... Əsas odur ki, gələcəyi yaxşı olsun, ağıllı olsun. Özümdə yarım qalanı, edə bilmədiyimi onda etmək istəyirəm. Zeyndən sonra valideynlərimi ikiqat çox istədim. Tələbkar valideynəm. Hər istədiyini almaq olmaz, çünki onda sağlam böyüməyəcək".
Geyim tərzi ilə bağlı suallara cavab verən Zamiq hesab edir ki, səhnə adamı seçilməlidir:
"Kimsə artıq nəsə edirsə, özü bilər. Sırğa taxırsa, bu, onun seçimidir. Mənim nəyimə lazım? Dünya ulduzları, Ronaldo sırğa taxır, amma onu bizimkilər etsə, pis baxırlar. Sənət adamı formada olmalıdır. Sosial şəbəkədə təhqir yazan insanları da normal qəbul edirəm artıq. Onlar da bunun üçün yaranıb yəqin, həmişə olacaqlar".
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı



















.jpg)











.jpg)



.jpg)

