Magazin1
Əri başqasına aşiq olan qadından Xoşqədəm görün nələr yazdı
Yəqin ki, Turanəni tanıdınız. Həyat yoldaşı tərəfindən aldadılan, alçaldılan, qüruru ayaqlar altına atılan qadındır. Evdar xanım olub, iki uşaq dünyaya gətirib və günlərin bir günü əri başqasına aşiq olub. Bu qadına görə nə təkliflər aldım, amma o pulları qəbul etmədim. Edə bilməzdim. Namuslu, abırlı bir Azərbaycan qadınını nəyəsə, kiməsə qurban edə bilməzdim.
Publika.az xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı instaqramda yazıb. “Səni axtarıram” verilişində “Yetim” ləqəbli həyat yoldaşının ona müğənni Aysel Əlizadə ilə xəyanət etdiyini iddia edən Turanə xanımla bağlı fikirlərini məşhur aparıcı sosial şəbəkədə paylaşıb:

“Bir gənc qızın özündən 28 yaş böyük, atası yaşda evli bir kişi ilə eşq yaşaması mənə görə mümkünsüzdür. Bu fikirləri efirdə belə səsləndirmişəm: “Bu gözəllikdə gənc qız yaşlı, evli kişi ilə eşq yaşayacağına inanmıram”. Buna görə məhkəməyə belə verildim. Sən demə, bu dediklərim “təhqir” imiş. Amma, Turanəni yalnız buraxmadım. O, nə qohumumdu, nə də ki bacım. Sadəcə namuslu, abırlı bir azərbaycanlı xanımdır. Heç kimsə də puluna güvənməsin! Nə Turanənin nə də mənim, Fikrət kimi hakim dayımız (red. - müğənni Aysel Əlizadənin dayısı), nə də haradasa köməkçi olan vəkilimiz, “bu məsələni bağlayın” deyib böyük pullar təklif edəcək “sponsorumuz” var. Ekspertizanın rəyinə təsir edecək “day-day”lar bilməlidir ki, bir gün Turanənin başına gələnlər onların evindəki qadınların başına gələ bilər. Əziz qadınlarımız, biz namuslu, abırlı bir Azərbaycan xanımını tək qoymamalıyıq! Məni qorumağı da unutmayın, yəqin bu qadını müdafiə etdiyim ücün qarayaxma kampanyası başlayar. Puldan imtina etdim”.
Qeyd edək ki, Turanə “Səni axtarıram” verilişində “Yetim” ləqəbli həyat yoldaşının ona müğənni Aysel Əlizadə ilə xəyanət etdiyini iddia etmişdi. A.Əlizadə isə X.Hidayətqızını məhkəməyə vermişdi.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)

.jpg)





.jpg)





















.jpg)
.jpg)
