Magazin1
AİD: Azadlıq ictimai nəqliyyatda yerlə təmin olunmaqdan ibarət deyil
Qadın zorakılığına qarşı edilən çağırışlarda bəzən bu tip kommentlər görürəm: “Bizdə qadına olan hörmət başqa heç yerdə yoxdur”. Məsələ odur ki, ola bilsin Londonda, Nyu Yorkda və digər sivil şəhərlərdə metroda Bakıdakı kimi qadına yer verilməsin, amma tək bu deyil. Azadlıq ictimai nəqliyyatda yerlə təmin olunmaqdan ibarət deyil.
Publika.az xəbər verir ki, bu sözləri Amerikada yaşayan Aid ləqəbli reper Orxan Zeynallı feysbukda yazıb.
Qadınların cəmiyyətdəki mövqeyindən və onlara edilən zorakılıqdan danışan reper bildirib ki, azadlıq seçimlərdir və o seçimlərə hörmətdir: "Necə ki, kişilər çox vaxt həyat tərzini özü seçir. İşini, geyimini, danışığını və digər cəhətlərini məhz özü təyin edir. Eləcə də, qadınlarda belə olmalıdır. Çox sadədir əslində. Dünya artıq təbiətə, heyvanlara qarşı empatiyanın artması məsələlərində inkişafa cəhd etdiyi dövrdə, biz hələ də parçanın uzunluğu ilə qeyrət ölçürük. Ümid edirəm, beyinlər daha da inkişaf edəcək və belə çağırışlara ehtiyac qalmayacaq".
Sonda məşhur reper “Neftçi” futbol klubunun 25 noyabr – 10 dekabr tarixlərində həyata keçirilən qadınlara və qızlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş 16 Günlük Fəallıq kampaniyası çərçivəsində 27 noyabr tarixində "Səbail" futbol klubu ilə keçiriləcək oyuna zorakılıqla mübarizəni simvolizə edən narıncı rəngli formada çıxacağını xatırladıb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)

.jpg)








.jpg)

















.jpg)
.jpg)

