Magazin1
Məşhurlar bağçalardan görün nələr dedi
Bağçada azyaşlını döyən tərbiyəçinin bu əməli məşhurları da ayağa qaldırıb.
Publika.az">Publika.az xəbər verir ki, məşhurlar valideynləri diqqətli olmağa səsləyib.
Məsələ ilə bağlı ilk etiraz aparıcı Turan İbrahimovdan gəlib. İki oğul sahibi olan T.İbrahimov hadisəyə kəskin reaksiya verib:
“Orta məktəbi zorla bitirəni, uşaq bağçalarında “tərbiyəçi” kimi çalışanı müəllimlə, məktəb müəllimləri ilə bir tutmağın özü də başqa cür zorakılıqdır, savadsızlıqdır. Xanımı evdə darıxmasın deyə ona “uşaq bağçası” açanlar elə özləri ağılda və mənəviyyatda olanları da ətraflarına toplayırlar. Nəticəsi də məlumdur… Nə vaxta kimi bir balaca pulu olan “uşaq bağçası” açacaq, hər yerindən durana “uşaq bağçası” işlətməyə lisenziya veriləcək, bax, o vaxta qədər də məlum hallar yaşanacaq”.
İTV-nin xəbərlər aparıcısı Nərmin Salamova qeyd edib ki, bunun bir adı var, o da əxlaqsızlıq:
“Hələ qohumu olan uşaqla insanların içində belə davranırsa, digərləri ilə təklikdə nə edir? Başqalarına dəfələrlə bundan da ağır şiddət göstərdiyindən əminəm. Və hamısı nəyə görə? Səhifələrinə uşaqların bir kökəni dişləməsini çəkib yerləşdirməsi üçün. Nə həddə meşşan olmalısan ki, körpəyə verdiyin bir qarın çörəkdən reklam üçün istifadə edəsən, özü də onu vuraraq. Beləsinə sadəcə həbsə atılmaq azdır. Kim gəldi bağçaya, məktəbə “müəllim”, “tərbiyəçi”, “psixoloq” olaraq düzələndə bu tip mənzərələr yaşanmalı idi. İşə götürülərkən onların psixoloji vəziyyəti ən yüksək səviyyədə yoxlanılmalıdır və bağçalarda kameralar olmalıdır ki, valideynin istədiyi vaxt uşağını görüntülü izləmək imkanı olsun.
Kadrlara baxanda həm də onu düşünürdüm ki, əməlinin üstü açılan budur. Körpələrə əl qaldıraraq cəzasızlıqdan quduran hələ neçə tərbiyəsiz var?! Valideyni şikayətçi olmayıb. Sözün bitdiyi yerdir. Sənin borcun uşağını qorumaqdır, axmaq qohumlarınla münasibətləri malalamaq yox”.
“Xəzər” TV-nin ulduzu Leyla Quliyeva da hadisədən şoka düşdüyünü bildirib:
“Dünəndən o qapazı başımda hiss edirəm. Məncə, o müəllimin bundan sonra pedaqoji fəaliyyətinə son qoyulmalıdr”.
Aparıcı Xoşqədəm Hidayətqızı:
“Dünən övladlarıma qovuşduğum üçün xəbərləri izləməmişdim. Səhər qarşıma ilk bu video çıxdı. Dəhşət içərisindəyəm, əsəb məni boğur. Övladlarım üçün qorxuram. Bu görüntüdən sonra uşaqlarımı bağçaya, məktəbə necə aparacam? Və ya digər valideynlər? Bu, artıq neçənci dəfədir? Bu cür tərbiyəçilər cəzalandırılmır, iş başındadır. Görəsən, bu “tərbiyəçilər” işə götürülərkən psixoloji durumları yoxlanılır? Yoxsa, hər yoldankeçən bu cür tərbiyəsiz tərbiyəçilər işə götürülür? Bu cür tərbiyəçiləri işə götürən bağçaları açanların, sahiblik edənlərin kimliyi araşdırılmalıdır. Sonra da bu cür qəddar, iyrənc, bir körpəyə əl qaldıracaq qədər vicdansız, qadın, ana adına ləkə olan o “tərbiyəçi”ni tərbiyələndirmək lazımdır. Körpələrə qaldırılan əl qırılmalıdır”.
Əməkdar artist Abbas Bağırov isə “Tərbiyəsiz və qanacaqsız “tərbiyəçi” tərəfindən amansızcasına başından vurulur. Bu uşağın yerində hər birimizin övladı ola bilər. Belə insanları evdən çölə buraxmaq olmaz, nəinki tərbiyəçi işləsin haradasa” - paylaşımında qeyd edib.
Aparıcı Zaur Baxşəliyev də məsələyə səssiz qala bilməyib: “Tərbiyəsiz tərbiyəçi. Belə insanlar necə bağçada tərbiyəçi olur? Kim təyin edir onları? Hansı meyarlara görə təyin edirlər? Bunun vidinə bax. Ən son söyüşləri yazmaq istəyirəm ki, hirsim soyusun”.
Müğənni Ayan Babakişiyeva “Əlimdə olsa, bu dəqiqə səni boğaram. Alçaq, sən kimsən o balaca körpəyə əl qaldırırsan? Uşaq, körpə mənim ən zəif nöqtəmdir. Kimin balası olur-olsun, heç kimin haqqı yoxdur körpəni incitməyə. Yazıq bala sakit də uşaqdır. Ağlamır belə” deyərək, məsələyə reaksiya verib.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO