Magazin1
Məşhur stilist: Ata olacaqdım, əgər... - VİDEO
"Ailə və övlad böyük məsuliyyətdir. Ailə qurmağa hazır deyiləm. Əvvəl çox istəyirdim ki, 2-3 qız övladım, böyük bir ailəm olsun. Sosial şəbəkələrdə görürəm ki, uşaq dünyaya gətirib sonra atırlar, öldürürlər. Onları qəti qınamıram. Çünki hər kəs həyatını özü bilər. Qınama ki, özün də nə vaxtsa qınaq obyektinə çevrilə bilərsən. Özüm özümə sual verirəm ki, gör həyat bunu nə dərəcəyə gətirir, insan öz parçasını küçəyə atır. Bəlkə də pandemiya düşməsə idi, mən indi ata olmuşdum".
Publika.az">Publika.az xəbər verir ki, bu sözləri məşhur stilist Anar Ağakişiyev MTV-də Lamiyə Balacayevanın aparıcılığı ilə yayımlanan "Üzə-düz" proqramında deyib.
O, ata olmaq arzusundan söz açıb:
"Baş verənlər qaldı 2019-cu ildə. Həyatımda yeni bir mərhələ başlayacaqdı. Belə məsləhət idi, yəqin belə olmalı imiş. İncitmir məni. Övladlığa uşaq götürmək barədə düşünmürəm, çünki genlərə çox inanıram. Rəsmi nikah bir müddət olmasa da, bu, normaldır. Amma övladın doğum haqqında şəhadətnaməsində onun ata, anasının adı yazılmalıdır. Cəmiyyətə faydalı övlad verəcəyəmsə, ata olacam. Ata bilməsin ki, övlad harada yatır, yeyir, yox, bunu qəti istəmərəm. Mən belə şeylərdə çox qəddaram. Anam mənə cəmi bir dəfə demişdi ki, səni nə zamansa haram yeyən görsəm, əllərini qapının arasına qoyub, bərk bağlayacam.
Heç vaxt ailə üzvlərimi kamera önünə gətirməmişəm. Milli düşüncədə bir insanam. Bir xanımın cəmiyyət içərisində siqaret çəkməsinə pis baxıram. İstər vətəndə, istərsə də xaricdə belə mənzərə görəndə deyirəm ki, buna bax, utanmır, 60 yaşı var, damağında siqaret... Gənc qızlar yayda göbək nahiyəsini açır, yaxşı baxmıram. Hər şeyin həddi var. Çərçivələrlə yaşamaq lazımdır".
Tələbəlik illərindən danışan stilist qeyd edib ki, prinsiplərinə hər zaman sadiq qalmağa çalışır:
"Bu sənətə başlayanda dərk edirdim ki, dərinliyinə kimi öyrənəcəm. Heç vaxt da xəyanət etməyəcəm. Öyrənmək üçün isə mənə illər lazım olacaq. Tələbə ikən Sədərəkdən aldığım bir idman ayaqqabım və cins şalvarım var idi. Heç vecimə də deyildi. Prinsiplərim var idi. Başa düşürdüm ki, zaman gələcək mən mağazaya girəcəm və oradan ən bahalı ayaqqabını sifariş verəcəm. Bizim sahəni o qədər ucuzlaşdırıblar ki, evindən bezən, əlinə qələm götürə bilməyən hamı bu sahəyə gəlir. Halbuki mən xəyallarımda tam başqa bir şey bilirdim. İstəyirdim ki, salon səviyyəsi gözəllik mərkəzinə çevrilsin. Bu, belə olmadı, oldu bazar. Ər arvadına hədiyyə üçün böyük sərmayə qoyub salon hədiyyə edir. Azərbaycanda heç bir salon mənə rəqib ola bilməz".
Ayaqqabıları ilə bağlı görüntülərdən bəhs edən Anar bunları əlavə edib:
"Bu yaxınlarda yeni evə köçəndə başa düşdüm ki, məndə bir xəstəlik var: ayaqqabılara olan sevgi xəstəliyi. 800 ədəd ayaqqabım var. Ən ucuzu 200-250 dollar, ən bahalısı 3000 dollar. Ortalama qiymət 700-1000 dollar".
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO