Magazin1
Tilki ÜSYAN ETDİ: Mənə ya silah verin, ya da...
Türk müğənni Aleyna Tilki konsert verərkən evinə girmək istəyən pərəstişkarının sərbəst buraxılmasına sosial mediada üsyan edib.
Publika.az-ın məlumatına görə, “ya məni təhdid edib evimə bu qədər sərbəst girənləri cəzalandırın, ya da mənə silah verin. Mənim də həyatım var” - deyə Aleyna Tilki qeyd edib.
Bu səbəbdən müğənni bir müddət əvvəl yeni evinə köçüb: “Məni evimə balta ilə gəlməklə hədələyən adam indi evimi tapa bilməyənə qədər azad gəzəcəkmi? Bu, məndən asılıdır? Məndən asılıdırsa, o balta ilə nələr edəcəyimi söyləmək belə istəmirəm. Mən məlumat verəndə ki, qatıq su ilə qarışdırıla bilər, ayran olar, bütün Türkiyə bundan danışdı! Ölüm təhdidləri deyirəm, evimə girə bilən adamlar deyirəm, heç kimdə bir hərəkətlənmə yoxdur. Mənim təsvirimi mühakimə edənlər bir insanın həyatının təhlükədə olmasını belə mühakimə etmirlər”.
Qeyd edək ki, Aleyna Tilki ötən aylarda verdiyi konsert zamanı hasardan tullanaraq evinə soxulmağa çalışan pərəstişkarına görə böyük qorxu yaşayıb. Nəzarətə alınan şəxs məhkəmə tərəfindən “xaricə getmə qadağası, Aleyna Tilkinin villasına, iş yerinə 500 metrdən çox yaxınlaşmama” kimi məhkəmə nəzarəti şərtləri ilə sərbəst buraxılıb.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp









.jpg)
















.jpg)
.jpg)





