Magazin1
Çağla Şikel azərbaycanlı atasının ölümdən danışdı - Ürəkdağlayan sözlər
Türkiyənin məşhur modeli və aparıcısı Çağla Şikel “Katarsis” verilişində azərbaycanlı atasının ölümündən danışıb.
Publika.az">Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 43 yaşlı aparıcı danışarkən göz yaşlarına hakim ola bilməyib. Ata sevgisi olmadan böyüdüyünü deyən Çağla bu səbəbdən uşaqlarına daha az sevgi göstərdiyini deyib.
“Atam məni əzizləməsə də, yanına gedərdim. Əlini, qolunu mənə atması belə yetərdi. Zənn edirəm ki, həyatım boyu qurtula bilməyəcəyim bir travma yaşadım. İçimdə bir yerdə ani bir hadisə olma narahatlığını daşıdım, amma daima ovutmağa çalışdım. Çox ani bir itki oldu. Bu, əslində bir şok idi. Bir-iki dəfə infarkt riski keçirmişdi, amma heç bir zaman atamızın gedəcəyini düşünməmişdik.
Hətta bir dəfə atam infarkt keçirəndə mən evdə tək idim. Orta məktəbə gedirdim, nə edəcəyimi bilirdim, çünki əvvəllər belə olmuşdu. Yadımdadır, gözümün qabağında tər tökürdü. Mən güclü olmalıyam, çünki evdə məndən başqa heç kim yoxdur. Bəlkə də gücümü bərpa etdiyim nadir anlardan biri idi. Atamı qarşımda çarəsiz gördüm, amma öhdəsindən gəldim.
Bir gün öz kabinetində infarkt keçirdi. Sonra xəbər aldıq. Təcili yardım maşını bir az gecikmişdi. O yolu necə getdiyimi xatırlamıram. “Ayətül Kürsi”ni oxuduğumu xatırlayıram, gözləmirdik üçüncü infarktı. Mən gedəndə atam yerdə uzanmışdı köynəyinin düymələrini açmışdılar. Yadımda deyil, qucaqladım, ya yox, amma qışqırdığım yadımdadı. Məni yaxın buraxmadılar, artıq dünyasını dəyişdi. Atamın yerdə uzanması həyatıma həkk olunmuş bir tablo idi. Nə qədər gülər üzlə xatırlamaq istəsəm də, yadımda ən son anı qaldı. Unutmağa çalışmaqdan söhbət gedə bilməz. Sonra ki, inanmaq və qəbul etmək bizim üçün çox çətin idi. Bu, dağıdıcı bir hissdir. Atanızın bir daha qayıtmayacağı kədəri...”
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)

.jpg)





.jpg)





















.jpg)
.jpg)
