Magazin1
Məşhur aktyor AzTV-dən getdi
Bu ölkədə insan vəzifədən getməyə qorxur. Həmin an “İNSAN”ların düşüncələrində yalnız neqativ məqamların toxumları cücərir. Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin baş rejissoru vəzifəsindən ayrılmağımla bağlı bəzi qeyri-peşəkar xəbər portalları yanlış başlıqlar yazaraq, insanları süni formada cəlb edərək xəbəri oxutmaq istəyirlər. Halbuki, xəbərin içərisi tamam başqadır.
Publika.az xəbər verir ki, bu sözləri aktyor Ziya Ağa sosial şəbəkədə yazıb.
O, kanaldan ayrılmasının əsas səbəbini açıqlayıb:
“Əvvəla, dəqiq faktı təqdim edim sizə... AzTV-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyevadan müsahibə alıblar. O bildirib ki, Ziya Ağa iki ay əvvəl işdən azad edilməsilə bağlı ərizə yazıb. Onun yerinə hələlik təyinat yoxdur.
Mənim üçün isə hələ də doğma olan cəmiyyətdə çox maraqlı və yararlı təcrübəm oldu. Rövşən Məmmədovla iş birliyimiz, yoldaşlığımız olduğuna görə peşman deyiləm. Əməkdaşlarla hələ də davam edən münasibətlərimiz yarandı. Qısası, 3 illik fərqli və əyləncəli təcrübəm oldu. Sadəcə getmək vaxtı idi. Vəssalam...
Mütləqdir ki, kimsə işdən yalnız problemlər yaşayaraq çıxsın?! Olmaz ki, “Azadlıq imtina etməyi bacardığın andan başlayır”, “Bu həyatı sadəcə yaşamaq lazımdır”, “Ruhun istəyi, tələbi ən vacibidir” və s. kimi mənim üçün ən öndə gedən faktorları, tezisləri gözardı etməyəsiniz?!
Hamı eyni deyil axı. Başa düşürəm, anlayıram... Çoxunuz nəyin bahasına olursa olsun, VƏZİFƏDƏN uzaqlaşmayanlar, onun eşqi ilə durmadan özünüzü, ətrafınızı çirkləndirən insanlarsınız. Unutmayın, vəzifə sənin adın deyil, xidməti bir məqamdır. Həmin məqamda məsuliyyətli olduğun hər kəsə və hər şeyə xidmət etmək üçün o kresloda oturmalısınız, sizə xidmət etmələri üçün yox... Yəni qapınızın üstündə adınız yox, vəzifəniz yazılmalıdır. Məni dinlədiyiniz üçün təşəkkür edirəm! Hər birinizi sevirəm, sevməyə çalışıram...”
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi






.jpg)




.jpg)





















.jpg)

.jpg)
