Magazin1
Xalq artistindən sensasion etiraf: "Moşu" obrazına görə... - VİDEO
İnstitutu qurtarandan sonra ömrümün 45 ilini Sumqayıt teatrında işləmişəm. Oradan da uzaqlaşdırıldım. Bir hadisəni danışım. Bir gün direktor məni çağırdı otağına, utana-utana dedi ki, bir söz soruşum, Valeh müəllim. Siz aktyorluğu bitirmisiniz? Dedim, bəli. Diplomunuz var? Dedim, bəli! Onu sabah gətirə bilərsiniz? Dedim, olar. Səhəri gün apardım, oxudu. Dedi, məni boğaza yığıblar ki, sizin ixtisasınız aktyorluq deyil. Gəlib burada Xalq artisti kimi işləyirsiniz. Universiteti bitirəndə imtahan komissiyasına rəhmətlik Hökümə Qurbanova imza atıb.
Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Valeh Kərimov qonaq olduğu "Üzə-düz" proqramına müsahibəsində deyib.
Şəxsi həyatından danışan məşhur bildirib ki, aktyor olduğu üçün həyat yoldaşının ailəsi evliliklərinə razı olmayıb:
"Atam da o fikirdə idi. Hamı bu sənəti qəbul etmirdi. Qayınatam taksi sürücüsü idi. Dedilər ki, oğlan rejissordur. Dedi, nə? O lap pisdir. Rejissor aktyorlara öpüşməyi, qucaqlaşmağı öyrədir. Bax, belə bir hadisə olmuşdu. Güc-bəla ilə bir neçə aya razılıq ala bildik. Amma sonradan məni çox istəyirdi. Həyat yoldaşım bədbəxt hadisə nəticəsində illər əvvəl vəfat etdi. Şüurlu surətdə ikinci dəfə evlənmədim. Övladlarımla yaşayıram, mənə çox yaxşı baxırlar. Teatrda bir rolu iki aktyor oynayır. İkinciyə "dublyor" əvəzedici deyirlər. Mən ikinci arvada "dublyor" kimi baxıram. O, nə məni, nə də övladlarımı ürəkdən sevə biləcək. Ona görə də dedim ki, lazım deyil. Uşaqlarıma desə ki, bunu belə yox, elə qoy, biləcəm evdə hegemonluq edir".
Aktyor laqeyd münasibətdən incikliyini də dilə gətirib: "Evdə oturub ölümümü gözləyirəm. Söhbət küskünlükdən getmir. Bekar insanam. Menim də bekarçılıqdan zəhləm gedir. Bu sənətə gəlmişəm ki, ömürlük işləyim. Axı niyə kənarda qalım ki? Canım sağ, danışığım yerində, gözlərim görür, qulağım da eşidir. Prezident təqaüdü alıram. Axı səhnədən ötəri vaxtı ilə atam da danışdırmayıb məni. Səhnəyə hər şeyimizi qurban vermişik, səhnəyə görə gec ailə qurdum. Müəllimim dedi ki, ailəlisən? Dedim, subay. Dedi, özünü sənətdə tapsan, evlənərsən. Gördüm tapmadım, evləndim. İkisindən birini seçdim. Evdə öz-özümə nə qədər monoloq qurum?"
Məşhur "Bəxt üzüyü" filmindəki "Moşu" obrazından danışan Valeh Kərimov bu rolun ona mane olduğunu etiraf edib:
"İndi-indi hamı mənim adımı bilir, indiyə kimi "Moşu", "xalq" deyirdilər: Xalqın içindən çıxmış insandır. Orada xalqın gözəl adətləri göstərilib. Bir az demaqoqluğu var, istedadsız insandır. Asan yolu seçir, istedadı yoxdur, şair olmaq istəyir. Qafiyə qoşur, düz çıxmır. Amma o rol mənə çox mane oldu. Hamını filmə çəkirlər, məndən başqa. Təkcə filmim elə "Bəxt üzüyü"dür. Bir-iki dəfə məni kinostudiyaya dəvət ediblər. Gördüm, pıçıldayırlar ki, sifəti "Moşu"dur, nə rol oynasa da, alınmaz. Rədd edin getsin. Bu, məni çox incidib. Axı məni qrim də etmək olardı başqa obraz üçün".
-
Magazin210:04Məşhur aktyor yatıb ayılmadı
-
Hadisə09:53Hövsanda müəllim əri tərəfindən qətlə yetirildi - Foto
-
Magazin209:10Məşhur müğənni niyə yoxa çıxıb?
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan





























.jpg)



.jpg)

