Magazin1
Məşhur müğənni prezidentlə görüşdü
Məşhur müğənni Demet Akalın Dolmabahçe sarayında iftar yeməyində görüşdüyü prezident Ərdoğandan ötən il koronavirus tədbirləri çərçivəsində tətbiq edilən 12:00-dan sonra canlı musiqi qadağasının aradan qaldırılmasını xahiş edib.
Publika.az xəbər verir ki, bu barədə sənətçi sosial mediada məlumat yayıb.
Türkiyədə pandemiya öz təsirini itirdikdən sonra bir çox qadağalar aradan qaldırılsa da, musiqi qadağası davam edir. Bununla bağlı sənətçilər sosial şəbəkələrdə etirazlarını bidirsələr də, heç bir nəticə yoxdur.
Mövzu ilə bağlı sosial media hesabından paylaşım edən müğənni Cenk Eren “Görəsən, prezidentimizin iftar süfrəsində iştirak edən hörmətli sənətçilərimiz musiqi qadağasını gündəmə gətiriblər? Bizi məlumatlandırsalar, məmnun olarıq” deyib.
Demet Akalın bu paylaşıma cavab olaraq “Məlumat verim... Təbii ki... bəlkə heç kimin cəsarəti çatmadı, amma bütün musiqiçilər adından xahiş etdim. Prezident hətta mədəniyyət nazirini də yanına çağırdı. Məsələ ilə bağlı işə başlayacaqlarına dair söz aldım. Gözləyəcəyik” sözlərini yazıb.
-
Pul10:13Fransa iqtisadiyyatı üçün həyəcan təbili: “S&P” də proqnozunu pisləşdirdi
-
İqtisadi gündəm09:28Dünyanı gözləyən böyük təhlükə: Yaxın 6 ayda bu ərazilərdə aclıq kəskinləşəcək
-
ABŞ09:19Bayden daha kimsənin vecinə deyil: Kitabı da satılmır
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu


































