Magazin1
Könül Xasıyeva SİRLƏRİ AÇDI: Qız övladı istəyirdim, amma... - VİDEO
Mən bir xanım ömrü yaşamadım. Bunu Allah mənə nəsib etmədi. Həmişə məclislərdə, el şənliklərində kişilərlə çiyin-çiyinə çalışmışam. Amma daim istəmişəm ki, xanım ömrü yaşayım. Digər xanımlar kimi istəyərdim ömrümün çox hissəsi mətbəxdə keçsin. Əlbəttə ki, ailə-övlad bunlar hamısı vacibdir, olmalıdır. Allah hamını xoşbəxt eləsin, amma məndə alınmadı...
Publika.az">Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Könül Xasıyeva MTV kanalında Lamiyə Balacayevanın aparıcılığı ilə yayımlanan “Üzə-düz” proqramında deyib.
Muğam ifaçısı şəxsi həyatı barədə verilən sualları cavablandırarkən qız övladı arzusunda olduğunu qeyd edib:
“Əslində çox istəyirdim bir qızım olsun. Oğlum Kazımdan sonra bir qız övladı da istəyirdim, amma şəkər xəstəliyinə görə həkimim icazə vermədi. Çatdığımız arzular var, bir də çatmadığımız. Bu da yarım qalan arzularımızdan oldu. Qızım olsaydı, mənə qulluq edərdi... Allah xeyirli övlad versin. Hər bir ana arzulayır ki, onun qızı olsun. Nə etmək olar?! Olmadı”.
Bundan əlavə, Xasıyeva kiçik yaşlarından toylarda oxuduğunu bildirib:
“Mən heç vaxt toya baha qiymətə getməmişəm. Çalışmışam ki, məclislərində məni görmək istəyən insanların məclisində iştirak edim. Şəkidə də 2 dəfə ev tikdirdim. Burda da özümə ev aldım. Sonra böyük qardaşıma rayonda, burda kiçik qardaşıma ev tikdirdim. Bütün qohumlarımın, tanışlarımın, rəfiqələrimin uşaqlarına, kim yanıma gəlirdisə, hamısına təhsil vermişəm, oxutmuşam. Ali məktəb oxutmuşam, hazırlığa göndərmişəm. Bunlar hamısı göz qabağında olan şeylərdir.
11 uşaq oxutmuşam, 3 qız ərə vermişəm, 2 oğul evləndirmişəm. Bunlar hamısı şərtdir. Deyək ki, bir ailə başçısı iki övladını ancaq çalışıb bir yerə çıxarda bilir. 11 uşağın hamısının təhsil alması üçün onların 12 yaşından baxıb yazlığını, qış geyimlərini, getmələrini, gəlmələrini, təhsillərini, hazırlıqlarını çatdırmaq. Hərəsi 4 müəllim yanına gedib. Bunların hamısı axı şərtdir. Mən həyatımı onlara sərf etmişəm”.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi








.jpg)






.jpg)




















.jpg)

.jpg)