Magazin1
İlin ən nüfuzlu insanları seçildi - FOTO
“Time” jurnalı ilin ən nüfuzlu adamlarının ənənəvi siyahısını təqdim edib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, onlardan beşi jurnalın üz qabığında yer alıb: müğənni və aktrisa Zendaya, “Apple” şirkətinin baş direktoru Tim Kuk, R&B əfsanəsi Meri Cey Blayc, Barbadosun baş naziri Mia Mottli və Marvelin ilk Asiya filmi “Şan-Çi və On Üzük Əfsanəsi”ndə qəhrəman rolunu oynayan aktyor Simu Liu.
Siyasətçilər arasında 2022-ci ildə 100 nüfuzlu şəxs siyahısına Vladimir Putin, Vladimir Zelenski, Co Bayden, Si Cinpin və başqaları daxildir. Yeri gəlmişkən, Çin lideri hazırkı reytinqin rekordçusudur: o, siyahıda 13-cü dəfədir ki, yer alır. Rusiya prezidenti və Opra Uinfri bu göstəricidə ondan bir qədər geri qalırlar, yüzlükdə hər ikisi 10-cu dəfə təmsil olunurlar.
Ruslardan jurnalın reytinqində “Novaya qazeta”nın baş redaktoru, Nobel Sülh Mükafatı laureatı Dmitri Muratov da var.
Şou-biznes ulduzlarından Adel, Mila Kunis, Kianu Rivz, Pit Devidson, Çenninq Tatum, Sara Cessika Parker, Kris Cenner və başqaları daxil olub.
Bu il moda sənayesi o qədər də geniş deyil, lakin reytinqə “Balenciaga” dizayneri Demna Qvasalia daxildir.
Siyahıda kişilər sayca üstünlük təşkil edir, lakin çox deyil: 49 qadın var. Reytinqin ən gənc iştirakçısı 18 yaşlı xizəkçi Eylin Qu, ən yaşlısı isə 91 yaşlı rəssam Fait Rinqqold olub.
Siyahının bütün qəhrəmanları haqqında “Time” üçün esseləri ənənəvi olaraq digər məşhur insanlar yazır: bu il Vladimir Putin haqqında mətni Aleksey Navalnı hazırlayıb, Co Bayden Vladimir Zelenski haqqında məqalənin müəllifi olub, Riz Uizerspun Zoe Kravits haqqında yazıb, Martin Scorsese Endryu Qarfild, Denis Vilnöv Zendaya haqqında, Mişel Obama Opra Uinfri haqqında yazıb.
“Time”a görə, 2021-ci ilin ən nüfuzlu 100 adamı siyahısına Aleksey Navalnı, Billi Eyliş, Keyt Uinslet, İlon Mask, eləcə də keçən ilki nömrənin üz qabığından birində çıxan Şahzadə Harri və Meqan Markl daxildir.
Qeyd edək ki, Aleksey Navalnı haqqında məqalə “Putinin qorxuduğu adam” başlığı altında yayımlanıb.
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ
-
MDB4 Noyabr 23:00Məşhur teleaparıcı 77 yaşında vəfat etdi - FOTO
-
Magazin14 Noyabr 22:24“Aygün xanımla aramızda soyuqluq var idi”
-
Sosial4 Noyabr 21:00Azərbaycanda bu rayon ləğv olunur?
-
ABŞ4 Noyabr 19:00Abortdan imtina edən 18 yaşlı sevgilisini AMANSIZCASINA QƏTLƏ YETİRDİ




































