Magazin1
Elnurla Samir səhnəyə çıxanda elə vəziyyətdə idilər ki... - Gövhər Həsənzadə
"Restoran tipli konsertlər çoxalıb. Müğənni adiləşir, öz duruşunu itirir o tip səhnələrdə. Onu dinləmirlər, insanlar da elə hey danışırlar. Müğənni tamaşaçını aldada bilməz, fonoqram oxuya bilməz. Çünki o fonoqramdan tamaşaçının evində də, televizorda da var. Bəs niyə konsertə gəlib? Son zamanlarda konsert məfhumu da dəyişib. Konsert yoxdur, şou var. Konsert ifaçının öz sənətini göstərməsidir. Dünyadakı şouların heç birini bəyənmirəm. Konsert akademik olar. Biz dinləmək üçün olan konsertləri görmək üçün olanlarla qarışıq salırıq".
Bunu Publika.az">Publika.az-a açıqlamasında tanınmış bəstəkar Gövhər Həsənzadə deyib.
O əlavə edib ki, Elnur Hüseynov, Samir Cavadzadə, Fərid Məmmədov kimi hazırda yox olan sənətçilər işləmək istəyirlər: "Bunun üçün onlara peşəkar səhnə, geniş arena, şərait yoxdur. Ancaq istəyirik ki, xarici ulduzlara yüksək qonorar verib ölkəyə gətirək. Amma öz ifaçılarımıza şərait yaratsaq, inanın ki, tamaşaçıların musiqi ehtiyacını ödəyə bilərlər. Bəli, indiki mahnılar yadda qalmır. Çünki müğənnilər peşəkarları eşitmirlər, güvənmirlər".
G.Həsənzadə vurğulayıb ki, Elnurla Samir səhnəyə çıxanda elə vəziyyətdə idilər ki, mən səhnəyə çıxsam, onlardan yaxşı oxuyaram deyə düşündüm: "Təzyiq var idi, o qədər şoklar yaşadılar ki, pilləkənlə çıxanda onları "Quran"ın altından keçirdim. Dedim ki, uşaqlar, heç nəyi düşünməyin, səhnədə yıxılsanız belə. Başqa nota qaçsanız da, bəstəkar mənəm, finalda onu dəyişdiyimi mən özüm onlara deyəcəm. Bizə Azərbaycandan baxırlar, oxuyun, gedək evimizə. Bunun üçün məhz bura gəlmişik. Onlara elə ürək-dirək verdim ki, finalda yarımfinaldan da yaxşı oxudular. Orada bütün günü Samirin Elnura necə muğam öyrətməyinin şahidi idim. Məni qınadılar ki, eqoist kimi davrandım, 2 ən güclü səsi ora apardım. Dedim, ilk dəfədir gedirik, biz ən yaxşısını göstərməli idik. Bəlkə də sadəlövh idik və o vahiməli səhnəni bilmirdik. Elə bilirdik ki, 1-ci yeri qazana bilərik".
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






.jpg)














.webp)













.jpg)


