Magazin1
Məşhur futbolçu Şakiraya dostunun anası ilə XƏYANƏT ETDİ - FOTO
Məşhur müğənni Şakira sevgilisi, “Barselona” klubunun futbolçusu Jerard Pikedən ayrılıb.
Publika.az xəbər verir ki, bu barədə İspaniyanın “El Periodico” xəbər portalı məlumat yayıb.
Xəbəri mediaya ötürən mənbənin sözlərinə görə, ayrılığa səbəb futbolçunun xəyanəti olub. İddia olunur ki, Pike komanda yoldaşı Qavinin anası ilə gizli görüşür. Uzun müddətdir dostunun anası ilə görüşən futbolçu bu münasibəti çox gizlədə bilməyib.
Mənbə bildirib ki, cütlük bir neçə həftədir ki, birlikdə yaşamır. Qeyd olunub ki, müğənni futbolçunu öz yataqlarında onu başqa bir qadınla ona xəyanət edərkən yaxalayıb. Pike bu hadisədən sonra köhnə mənzilinə köçüb. Bundan əlavə, “Barselona”nın müdafiəçisi tez-tez futbolçu dostu Rikki Puiqlə gecə klublarında görünür, onlar qadınların əhatəsində vaxt keçirirlər. Səhər məşqləri olmasına baxmayaraq, futbolçu səhər saat 2-3-ə qədər klubda qalır.
Rəsmi olaraq, Şakira və Jerar Pike ayrılıq şayiələrinə hələ də münasibət bildirməyiblər.
Məlumat üçün bildirək ki, Jerar Pike və Şakira 2010-cu ildə müğənninin klipinin çəkiliş meydançasında tanış olublar. 2012-ci ildə cütlüyün ilk övladı Milan, üç il sonra onların kiçik oğlu Saşa dünyaya gəlib. Onlar rəsmi nikahda deyillər. Jerar Pike müğənnidən 10 yaş kiçikdir.
Bu, Şakiranın adı ilə bağlı yeganə qalmaqal deyil: o, 15 milyon avro məbləğində vergi fırıldaqçılığında ittiham olunurdu. Xarici KİV-lərin yazdığına görə, müğənnini ağır cərimə və həbs gözləyir.
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video










.jpg)
















.jpg)












