Magazin1
Nailə İslamzadə AzTV-dən niyə gedib? - Özü açıqladı - VİDEO
Əməkdar arist Nailə İslamzadə ARB televiziyasında yayımlanan "O üz" verilişində qonaq olub.
Publika.az">Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, Nailə İslamzadə öz xarakterindən danışıb: "Güclü deyiləm, ağlamaq istəyəndə ağlayıram. Amma öz ağırlığımı başqalarının üzərinə atmaq istəmirəm. Hərənin öz dərdi var. Mən də onların öhdəsindən çox gözəl gəlirəm. Çünki Allaha inanıram. Həyatda çox ağır imtahamlarım olub. Bəzən elə olub ki, Moskvada xəstəxanada ancaq Allahla danışmışam. Həkimlər mənə deyirdilər ki, belə olmaz. Mən deyirdim ki, belə olmalıdır. Həkimlərlə mübarizə apararaq öz sözümü yeritdim. Axırda da Allah məni mükafatlandırdı".
Nailə İslamzadə pandemiyaya görə anasını son nəfəsinə çata bilmədiyini açıqlayıb: "Yollar bağlı idi. Bir gün sonra səhər mənə zəng vurub dedilər ki, ananın vəziyyəti ağırdır, artıq gəlməlisən. Bakıdan Balakənə çatana qədər anam rəhmətə getdi".
AzTV-də on il "Ailələr, talelər" verilişinin aparıcısı olan Nailə İslamzadə televiziyadan getmək səbəbini də bildirib: "Ərizəmi yazıb çıxdım. O vaxt mənə paxıllıq edən insanları bağışlamışdım, indi hamısının mənimlə münasibəti yaxşıdır. Arxadan danışırlar. Arxandan danışırlarsa, deməli, sən onlardan irəlidəsən. Sadəcə olaraq onlarla görüşmürəm. Görüşəndən-görüşənə qədər də nəsə deyiblər. Üzlərinə vurmuram. Səni geri çəkmək istəyənlərə cavabını özünün daha yaxşı işlərinlə verməlisən".
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi






.jpg)




.jpg)





















.jpg)

.jpg)
