“Şans bir dəfə verilsə belə, insan sevgiyə inamını itirməməlidir” - Cennifer Lopez
Bizi izləyin

Magazin1

“Şans bir dəfə verilsə belə, insan sevgiyə inamını itirməməlidir” - Cennifer Lopez

Bu yaxınlarda Cennifer Lopezin baş rolda çəkildiyi “Marry me” romantik komediya filminin təqdimatı oldu. Daha sonra “Netflix” platformasında müğənninin “Jennifer Lopez Halftime” adlı sənədli tərcümeyi-halı yayımlandı.

Publika.az xəbər verir ki, məşhur sənətçi yeni filmi ilə bağlı “Elle” jurnalına müsahibə verib. O, müsahibəsində karyera, kino və sevgi haqqında səmimi etiraflar edib. Bu romantik ekran işində o, nəinki əsas rolu oynayıb, (əslində özünü canlandırır), həm də prodüser kimi çıxış edib.

src="/storage/files/upload/728x485_1_d6e80eb35ca97252c28a5c7f5a11ec59@5000x3333_0xac120003_3025010721644597636.jpeg" alt=""Все твои успехи не значат ровным счетом ничего, если рядом нет любимого человека": интервью с Дженнифер Лопес" class="fr-fic fr-dii">

Ulduzun müsahibəsini təqdim edirik:

- “Marry me” filmində pop diva Kat Valdezi canlandırmısınız. Onu necə təsvir etmək olar və tanımadığı bir insanla evlənmək barədə impulsiv qərarından sonra həyatı necə dəyişdi?

- Kat mənimün bu sənayedə böyük uğurlar qazana bilmiş çox istedadlı, qətiyyətli, cəsarətli bir qadındır. Bununla çox qürur duysa da, bəzən özünü tənha hiss edir. O, anlayır ki, dar gündə ona dəstək olacaq birisi yoxdursa, bütün uğurlarının heç bir mənası yoxdur. Çarli ilə təsadüfi görüş onun həyatını həmişəlik dəyişir. Çıxış yolu olmayan bir tələyə düşdüyünə inansa da, Çarli sayəsində ürəyində ümid yaranır.

- Filmin əsas elementlərindən biri musiqidir. Həm film, həm də saundtrek üzərində necə işləyə bildiniz?

- Bu, inanılmaz təcrübə idi! Mənim üçün olduqca vacib olan iki dünya bir layihədə bir araya gəldi. Əsərin musiqisilə sərbəst məşğul olmaq imkanı yaradıldı və bu azadlıq mənə yaratmaq üçün daha da ilham verdi. Təbii ki, Malumaya təşəkkür etməyə bilmərəm, onsuz heç nə olmazdı. Onun iki mahnısı – “1 en 1 milyon” və “Segundo” - qəhrəmanın xarakterini mükəmməl şəkildə ortaya qoydu. Albomdan çox razıyam və hər mahnı ilə fəxr edirəm.

src="/storage/files/upload/728x485_1_b86a8aa77c6951a4b915842f71f4af7a@5000x3333_0xac120003_7266088691644597652.jpeg" alt=""Все твои успехи не значат ровным счетом ничего, если рядом нет любимого человека": интервью с Дженнифер Лопес" class="fr-fic fr-dii">

- Kat Valdezlə hansı xüsusiyyətləriniz oxşardır?

- Bilirsiniz, Katı başa düşmək üçün çox araşdırma aparmalı deyildim. Mən, demək olar ki, bütün həyatım boyu elə bununla məşğul olmuşam və şöhrətin nə olduğunu bilirəm: saysız konsertlər, layihələr, brendlərlə əməkdaşlıq və s. Otaqda tənha qaldığın, özünü aciz və kimsəsiz hiss etdiyin anları açıb tamaşaçıya göstərmək daha çətin idi. Əgər siz tanınmış insansızsa, diqqətdən kənarda qala bilməzsiniz, hərçənd bəzən buna çox ehtiyac duyuruq. Odur ki, filmdə Ouenin personajı Kata cavabı çox çətin bir sual verir: “Sevgi axtarışını dayandırıb öz həyatınızla barışmaq asan olmazmı?”. Cavab: Yox! Şans milyonda bir olsa belə, insan axtarmağa davam etməli və sevgiyə inamını heç vaxt itirməməlidir.

- Çox istedadlısınız, öhdəsindən gələ bilmədiyiniz bir iş var?

- Edə bilmədiyim o qədər iş var ki, onları indi siyahıya salmağa başlasaq, xeyli vaxt aparacaq. Həqiqətən çox xoşbəxtəm ki, xoşuma gələn çox şeyi etmək, sevdiyim layihələrdən həzz almaq imkanım var. Bir də onu deyə bilərəm ki, əla basketbol oynayıram.

- Bir çox romantik komediyalarda rol almısınız. Romkomlara münasibətiniz necədir? Onların ürəyinizdə xüsusi yeri varmı?

- Bəli, mütləq! Bütün karyeram boyu bir çox romantik komediyalara çəkilməyim təsadüfi deyil. Bu, ən sevdiyim janrdır. Mənimçün yenidən romantik komediyaya çəkilmək evə qayıtmaq kimidir. Uzun müddət idi belə filmlərdə rol almırdım və bu il mənimlə eyni anda iki rom-komplek çıxır - Coş Duhamel ilə “Mənimlə evlən” və “Mənim Pirat Toyum”.

- Romantik komediya ssenarisində rol almaq üçün hansı xüsusiyyətin olmalıdır?

- Hekayə iki insanın keçdiyi bir yoldan bəhs edirsə, bu janrda yeni bir şey tapmaq çox çətindir. Əsas odur ki, bu yol maraqlı və həyəcanlı olsun.

- Filmdə ən çox sevdiyiniz mahnı hansıdır?

- Bu, övladlarınız arasından birini seçmək kimidir! Hər mahnını sevirəm, çünki onların necə yarandığını görmüşəm. Amma “On My Way” xüsusi rezonans doğurur. Bu mahnı etdiyimiz səhvlərdən, onların bizi apardıqları yerlərdən danışır. Mənə elə gəlir ki, orada hər kəs özünəməxsus bir şey tapacaq.

src="/storage/files/upload/728x485_1_20b5b9f636912594f3077bc908045ea2@5000x3333_0xac120003_513223121644520935.jpeg" alt=""Все твои успехи не значат ровным счетом ничего, если рядом нет любимого человека": интервью с Дженнифер Лопес" class="fr-fic fr-dii">

- Filmdə ən sevdiyiniz obraz?

- Ən çox bəyəndiyim “Zuhair Murad”ın gəlinliyidir. Bu paltarda dörd gün dalbadal çəkiliş aparmaq narahatlıq yaratsa da, heyrətamizdir. Katın “On My Way” ifa etdiyi görünüşü də çox bəyənirəm. Bu, Katın yeni və fərqli bir dönüş nöqtəsidir və bu görüntü onun həyatında baş verən dəyişikliklərin təcəssümü olur.

src="/storage/files/upload/728x305_1_b305e0bc2149021e6de548fda89c7e63@5000x2095_0xac120003_1787508911644597705.jpeg" alt=""Все твои успехи не значат ровным счетом ничего, если рядом нет любимого человека": интервью с Дженнифер Лопес" class="fr-fic fr-dii">

- Filmdə Katın sosial mediada müzakirə olunması onu həyəcanlıdır, çətin anlar yaşayır.

- Əvvəllər yalnız mətbuat və tabloidlər var idi, indi isə informasiyanı bir saniyəyə ötürən və böyük gücə malik nəhəng şəbəkələr var. Media həyatda baş vermiş real problemlərdən daha dərin psixoloji travma yarada bilər. Amma bu, həqiqətən də ictimai həyatın ayrılmaz hissəsidir və filmin mühüm elementidir, onsuz bu qədər səmimi və real çıxmazdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm