Magazin1
Şimali Kiprdən Samirə Əfəndiyə XOŞ SÜRPRİZ - VİDEO
Bu günlərdə Şimali Kipr Türk Cümhuriyyətində məşhur “En Moda Magazine” jurnalının hər il ardıcıl olaraq həyata keçirdiyi altıncı beynəlxalq mükafatlandırma mərasimi baş tutub.
Publika.az xəbər verir ki, “Eurovision” mahnıları “Spotify” platformasında dinlənməkdə və “YouTube”da izlənilməkdə davam edən, musiqisevərlərin pleylistlərinə daxil olan azərbaycanlı müğənni Samirə Əfəndi mükafatlandırılma mərasiminə fəxri qonaq qismində dəvətli idi. O, “The Most Promising Azerbaijani Artist”. mükafatına layiq görülüb. Mükafatlandırma mərasimi dəbli La Nouba klubunda keçirilib.
Mükafatda 12 ölkədən təşrib buyurmuş məşhurlar - Claydee, Faydee, Costi, Shiraz, Adam Clay, Otilia, Bashar Al Jawad, həmçinin Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və digər dövlət rəsmiləri də iştirak edib. Məşhur "Mata Hari"ni ifa edən həmyerlimizin çıxışı gecənin qonaqları tərəfindən alqışlarla qarşılanıb, müğənni ilə xatirə şəkli çəkdirmək istəyənlərin sayı az olmayıb.
Samirənin özünün də etiraf etdiyi kimi mükafat ona xoş sürpriz olub: “Sevinirəm ki, mahnı yayımlandıqdan xeyli vaxt keçməsinə baxmayaraq unudulmur və yaşamağa davam edir. Yeni üfüqləri fəth etməyə çalışan əsl yaradıcı insanları ruhlandırır”.
Qeyd edək ki, bu, həmyerlimizin xaricdə qazandığı ilk uğuru deyil, Azərbaycanın Eurovision 2020-2021 beynəlxalq mahnı müsabiqəsindəki təmsilçisi, TC Candler əyləncə platformasının versiyasına görə 2021-ci ilin 100 ən gözəl siması siyahısına daxil edilib. Samirə həmçinin International Gold Media Awards mükafatlandırılma mərasimində "İlin Ən Yaxşı Dünya Ulduzu" mükafatını layiq görülmüşdü.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)





























.jpg)
.jpg)
