Magazin1
Məşhur aparıcı İctimai kanaldan ayrıldı: “O xəbərdən iki il keçsə də…”
Hörmətli dostlar! Artıq bir müddətdir ki, İctimai Televiziya ilə yollarımız ayrılıb! İctimai TV-nin mənim həyatımda çox fərqli bir yeri oldu. TV fəaliyyətimdə unuda bilməyəcəyim iki hadisə məhz bu kanalda yaşandı. İllərdir arzusunda olduğumuz qələbə xəbərinin ilk sədasını bu kanal vasitəsi ilə tamaşaçılarımıza çatdırdım. Bu xəbər mənə bir anın içində minlərlə sevgi, hörmət qazandırdı.
Publika.az xəbər verir ki, bu sözləri məşhur xəbərlər aparıcısı Jalə Həsənli feysbuk hesabında yazıb. İkinci Qarabağ müharibəsi dövründə ilk Qələbə xəbərini çatdıran aparıcı kimi yadda qalan J.Həsənli izləyicilərinə təşəkkür edib:
“O xəbərdən 2 il keçsə də hələ də məni görəndə qələbə xəbərini xatırlayıb, gözləri dolan insanlar görürəm. Var olun.
İctimai TV-nin mənə qazandırdığı növbəti uğur “Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forum”unda tədbirin moderatoru olmaq idi. 3-4 saat davam edən tədbirdə prezident İlham Əliyevin qarşısında çıxış etmək çox məsuliyyətli və şərəfli idi.

Mənəvi cəhətdən ən ağır efirim isə Gəncə terroru zamanı oldu. Gecə yarısından səhərə qədər canlı efirdə oldum. Suflyorsuz, hazır mətnsiz... 5-6 saat gördüyüm dəhşətləri şərh etməli oldum…
Hər şey üçün təşəkkürlər, İctimai TV. Təşəkkürlər, mənə inanan, məni bu yolda dəstəkləyən Balaş Qasımov və Murad Hüseynov. Sizə və özümə gələcək fəaliyyətimizdə uğurlar arzu edirəm!
P.S. Bu gün həm də TV-ə gəlişimin 10 ili tamam olur. 10 il ərzində yaxşı dostlar və bol təcrübə qazandım. Yola davam…”
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi






.jpg)




.jpg)





















.jpg)

.jpg)
