Magazin1
Ağır xəstəlikdən tanınmaz hala düşən Xalq artisti sağaldı - VİDEO
Uzun müddətdir səhhətində problem yaşayan Xalq artisti Ramiz Novruz sağalıb.
Publika.az xəbər verir ki, bu barədə sənətçinin qızı, məşhur vizajist Şəfəq Novruzov və oğlu Cavidan Novruz instaqramda məlumat yayıblar.
R.Novruz videomüraciətlə sağalmasında ona yardımçı olan həkimlərə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva təşəkkürünü bildirib:
“Azərbaycanda hamının özünə doğma bildiyi Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm. Heydər Əliyev Fondu bizə dəstək oldu və bir daha göstərdilər ki, hər bir vətəndaş onlar üçün dəyərlidir: adi vətəndaşdan tutmuş tanınmış insanlara kimi. Bir az da utandım ki, onlar şəhidlərimizə, qazilərimizə, Qarabağın yenidən qurulmasına vaxt sərf etdikləri bir vaxda fərdi insanlara da zaman tapıb qayğı göstərirlər. Qarşılarında baş əyirəm. Ona görə də Mehriban xanımı hər kəs özünə doğma bilir. Nə yaxşı ki, Heydər Əliyev Fondu, belə insanlarımız var. Bütün komandaya minnətdarlığımı bildirirəm”.
Xalq artistinin qızı isə etiraf edib ki, atasına ağır diaqnoz qoyulub:
“Nə çəkdiklərimizi heç kim bilmədi, atamın xəstəlik xəbərini eşidəndən özüm instaqrama yansıtmadım, maddi olaraq yox, mənəvi cəhətdən çox aciz və əlacsız vəziyyətdə idik. Amma Heydər Əliyev Fondu bizi düzgün ünvana yönəltdi. Bizə bəzi həkimlər çox üzücü bir xəstəlik tarixçəsi demişdilər, hətta “Pul xərcləməyə dəyməz, gözləyin nə qədər yaşayar-yaşayar” demişdilər. Bəzən pul belə insana kömək etməyə bilir. Atam arıqlasa da, sağlamlığı yerindədir, hətta kökəlməyə başlayır”.
Qeyd edək ki, Xalq artistinin həddən artıq arıqlayıb tanınmaz hala düşməsi diqqətdən qaçmayıb. Bundan başqa aktyor onkoloji xəstəlikdən əziyyət çəkdiyini təkzib etmişdi.
Посмотреть эту публикацию в Instagram
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur






.jpg)

.jpg)




























.jpg)
.jpg)







