Magazin1
Reza Deqati xanımı ilə evliliklərinin 30 illiyini qeyd etdi - FOTO
Dünya şöhrətli fotoqraf Reza Deqati həyat yoldaşı Reyçel Deqati ilə fotokamera qarşısına keçib.
Publika.az xəbər verir ki, cütlük evliliklərinin 30-cu ildönümü münasibətilə fotosessiya etdirib. Cütlüyü fotoqraf Orxan Aslanov lentə alıb.
Qeyd edək ki, Reza Deqati 55 ildir fotoqraf kimi fəaliyyət göstərir və bu günə qədər dünyanın müxtəlif ölkələrində 460-dan çox sərgisi keçirilib. Onun “National Geographic”, “Paris Match”, “Stern”, “Figaro”, “New York Times” kimi məşhur jurnallarda 10 mindən artıq fotosu dərc olunub. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında çoxillik səmərəli fəaliyyətinə görə Reza Deqati bu yaxınlarda “Dostluq” ordeni ilə təltif edilib. Bundan başqa, Reza Deqati yazıçı xanımı Reyçel Deqati ilə birlikdə 1992-ci ildə Parisdə Webistan Foto Agentliyinin əsasını qoyublar.
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu






_(1).jpg)



.jpg)





.png)
.jpg)


















