Magazin1
Dahi dramaturqun “Şeyx Sənan”ı serial oldu - FOTO
Hüseyn Cavidin “Şeyx Sənan” əsəri əsasında səhnələşdirilən serialın çəkilişləri başa çatıb.
Publika.az xəbər verir ki, bu barədə ekran işində baş rolda çəkilən aktyor Sənan Əlləz məlumat verib. Aktyor bildirib ki, dahi dramaturqun 1914-cü ildə qələmə aldığı əsərin müasir versiyasının ssenarisini Xəyyam Abdullazadə yazıb. Çəkilişlər 50 gün davam edib.
“50 gün ərzində Xəyyam və Elçin Elxanlı 12 seriyadan ibarət “Şeyx Sənan” bədii filmini çəkdilər və nikbin sonluqla yekunlaşdırdılar. Bu filmdə “Şeyx Sənan”ı oynamaq mənə qismət oldu. Adını daşıdığım filmdə oynamaq ayrı bir zövqdür. Hamıya təşəkkürümü bildirirəm və bütün komandamıza uğurlar. Hamımız çox əziyyət çəkdik, zövq aldıq, amma dəydi. Gəlin payızı gözləyək və birlikdə izləyək”, - aktyor bildirib.
Məlumat üçün bildirək ki, ekran işinin rejissorları Elçin Elxanlı və Xayyam Abdullazadə, prodüseri Elməddin Əliyev, quruluşçu operator isə Elman Əliyevdir.
Dahi dramaturq Hüseyn Cavidin yazdığı “Şeyx Sənan” mənzum dramı müsəlman şeyxi Sənan və xristian gürcü qızı Xumar (Tamar) arasındakı sevgidən bəhs edir. Şeyx Sәnan böyük şəxsiyyət kimi sayılır, seçilir, müəyyən bir kütləyə rəhbərlik edərək Kəbəyə yola düşür, məqsəd İslamı ayaqda saxlamaqdır. Eyni zamanda qadından qorxan Sənan hər bir şərin səbəbini qadında görür. Səbəb isə qadın qarşısında acizliyidir.
Sonra o, Tiflisdə yuxusunda gördüyü gürcü qızı Xumara rast gəlir. Məhz Xumara görə dinindən, əqidəsindən, məqsədindən, yoldaşlarından üz döndərir. Xumar isə Sənana görə ölüm ayağında anasına verdiyi andı pozur. O, söz vermişdi ki, ərə getməyəcək, monastıra yerləşəcək. Filmdə əsas hadisələr bundan sonra cərayan edir...
Aytən Məftun
-
Nida Xəbər 10:58Bu şəxslərə gələn aydan kompensasiya ödəniləcək
-
Kriminal10:46Rusiyada gəmini talan etdi, 20 il axtardılar - Azərbaycanda gizlənibmiş
-
Dünya10:22İsrail təşvişdə: Türkiyə və Qətərin HƏMAS-la bağlı planının detalları bəlli oldu
-
Nida Xəbər 10:01Əli Əsədov yeni qərar imzaladı
-
MDB09:13Moskvaya PUA hücumu: anbarlar yandı, bölgələr hədəfə alındı - Ölənlər var
-
Ekopublika.az09:00Yeni tendensiya: Şirkətlər 40 yaşdan yuxarı işçilər axtarmağa başladılar - Nə baş verir?
-
Sosial07:35Toy mövsümü bu tarixdən başlayır
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki











.jpg)













.jpg)
.jpg)





