Magazin1
Evləndiklərini elan edəndə boşanıblarmış... - Tamaşaçıları niyə aldadıblar? - FOTO/VİDEO
12:57
Xəbər verdiyimiz kimi, aktrisa-rəqqasə Oksana Rəsulova həyat yoldaşı, aparıcı Şəhriyar Əbilovdan ayrıldığını elan edib. O bildirib ki, kəbinləri 1 il əvvəl pozulsa da, bunu indi açıqlayır.
Publika.az xəbər verir ki, cütlüyün boşanma xəbərinə üzülənlər olsa da, bütün bunların şou olduğunu deyənlər daha çoxdur.
Maraqlıdır ki, Oksana ilə Şəhriyar 4 ildir evli olduqlarını hələ ötən ilin noyabrında, yəni 10 ay əvvəl açıqlamışdı. Son statusunda isə 1 il əvvəl ayrıldıqlarını yazıblar. Bir il öncə ayrılan cütlük necə olur 10 ay əvvəl xoşbəxt ailə olduğunu elan edib və bu müddətdə müxtəlif telekanallarda ideal ailə obrazında müsahibə və məsləhətlər verib?
Cəmi 3 ay əvvəl aktrisa “Xəzər maqazin”ə müsahibəsində ailə həyatından danışaraq evliliyinin saxta olmadığını demişdi: “Şəhriyar çox gözəl insandır. Nə yaxşı ki, həyat yoldaşım və oğlumun atası Şəhriyardır. Həqiqətən də. Evliliyimiz saxta deyil. Gerçək evliliyimiz və gerçək övladımız var. Bir evdə yaşayırıq”.
Şəhriyar da elə həmin ayda “MTV Maqazin”ə müsahibəsində xanımı Oksananın qısqanc olduğunu bildirmişdi.
Ayrı-ayrılıqda müsahibələrlə yanaşı, cütlük həmin ayda Tolikin “Tarixin bir günü” verilişində yenə xoşbəxt ailə həyatlarından danışıb.
.png)
Əslində təəccüblü də deyil... Belə ki, Oksana evliliklərini elan etdiyi vaxtda da bir çox məqamlar sual doğururdu. Onlardan ən başlıcası rəqqasənin “həyat yoldaşım Türkiyədə yaşayır, Şəhriyarı da tanıyır” fikirləri idi. Bu haqda ətraflı buradan oxuya bilərsiniz...
Gəzən şayiələrə görə, Oksananın oğlunun atasının adı həqiqətən Şəhriyardır, lakin Əbilov yox... Həmin Şəhriyar isə, Oksananın dediyi kimi, Türkiyədə yaşayır və azərbaycanlı iş adamıdır.
Oksana dünən gecə ayrıldıqları haqda yazdığı paylaşımın şərh bölümünü də bağlayıb. Görünür, izləyicilərinin onun ünvanına nələrin yazacağından xəbərdardır. Sosial şəbəkədəki digər xəbər səhifələrində də bu barədə paylaşım edilib və şərhlərdə izləyicilərin cütlüyün evliliyinin şou olduğuna daha çox inandığı görünür. Onlar, həmçinin “boşanmada” günahı Oksanada görüblər. Qeyd ediblər ki, bu, rəqqasənin dağılan sayca 3-cü ailəsidir.
Əlbəttə, hər iki məşhur simanın şəxsi həyatını gizlətmək haqqı var. Lakin illərlə yalan məlumatlar verib müxtəlif bəhanələrlə tamaşaçıları aldatmaq, doğrunu söyləməmək onlara qarşı hörmətsizlikdir.
(Qafqazinfo)
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı
-
İnanc20 Mart 18:00Tüstüdən gələn mistik güc: Cansız daş da can tapa bilər, əgər...
-
Nida Xəbər 20 Mart 17:06Mehriban Əliyeva xalqımızı bayram münasibətilə təbrik etdi































.jpg)



.jpg)

