Magazin1
Xoşqədəm məşhur müğənniyə məhkəmədə qalib gəldi - FOTO/VİDEO
Aparıcı Xoşqədəm Hidayətqızı müğənni Aysel Əlizadəyə məhkəmədə qalib gəlib.
Publika.az xəbər verir ki, bu barədə aparıcının vəkili Ramil Qocayev məlumat verib:
"Mən Xoşqədəm xanımın həmin iş üzrə vəkili və nümayəndəsi olmuşam. Allaha şükürlər olsun ki, bu gün neçə vaxtdır uzanan məhkəmə prosesləri Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının icraatında demək olar ki, yekunlaşdı. Aysel Əlizadənin vəkilləri və nümayəndələri tərəfindən məhkəmədə qaldırdıqları iddia Xoşqədəm xanıma aid olan hissədə təmin olunmadı, rədd edildi.
Burada təkcə Xoşqədəm xanım yox, başqa bir şəxs də cavabdeh qismində məhkəməyə verilmişdi. Həmin şəxsə aid olan hissədə qismən təmin olundu, amma Xoşqədəm xanıma aid olan hissədə isə, ümumiyyətlə Aysel Əlizadə tərəfindən qaldırılmış iddianın tələbləri rədd olundu, təmin olunmadı. Bu iş uzun müddətdir gedir.
Biz ilk qələbəmizi 2021-ci ilin noyabrında aldıq. Ondan sonra işi yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytartdırdıq. Yenidən normal araşdırılmasına nail olduq. İş 2-ci dəfə araşdırıldı. Yekun olaraq bugünkü tarix üçün qərar verildi və qətnamə qəbul olundu. Həmin qətnamə hələ ki, qanuni qüvvəyə minməyib.
Böyük ehtimalla Aysel Əlizadə tərəfindən yəqin ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti veriləcək. Biz ədalət naminə yenə də çalışacağıq ki, Bakı Apellyasiya Məhkəməsinin Xoşqədəm xanıma aid olan hissədə qüvvədə saxlanmasını təmin edək, haqqı, ədaləti bərpa edək".
Qeyd edək ki, Xəzər TV-də yayımlanan "Səni axtarıram" verilişində Turanə adlı qadın müğənni Aysel Əlizadənin onun ailəsini dağıtdığı haqda ilginc açıqlamalar verib. Proqramda yaşanan gərgin anlardan sonramüğənni aparıcını məhkəməyə vermişdi. (Manşet.az)
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)

.jpg)





.jpg)





















.jpg)
.jpg)
