Magazin1
Məşhur bəstəkar vəzifədən getdi
Bu gündən etibarən “Avroviziya” müsabiqəsinin Azərbaycan nümayəndəliyinə rəhbərlik etmirəm. Bu layihə ilə bağlı mənim 2009-cu ildən başlayaraq yalnız ən xoş təəsüratlarım və xatirələrim var, amma artıq irəliyə doğru getməyin vaxtıdır. Artıq bir neçə il üzərində işlədiyim layihələrin reallaşmasına vaxt ayıracam.
Publika.az xəbər verir ki, bu sözləri “Avroviziya” nümayəndə heyəti rəhbəri İsa Məlikov sosial şəbəkədə yazıb. Vəzifədən getdiyini deyən musiqiçi yeni və böyük layihələr üzərində çalışdığını gizlətməyib:
“Gələn il, nəhayət ki, ilk müəllif konsertimi reallaşdırmağı planlaşdırıram. Yeni ildən dərhal sonra onun hazırlıqlarına başlayacam. Eyni zamanda, daha bir layihənin startı gözlənilir, amma bu, hələ ki, sirrdir. İTV telekanalı və xüsusi ilə də kanalın rəhbərliyi ilə münasibətlərimiz möhtəşəm formalaşıb. İrəlidə bir çox planımız var və 2023-də xeyli maraqlı istiqamətlərdə çalışacağıq. Azərbaycanın gənc komandasının hər bir üzvünə, onların əzmkarlığına və fədakarlığına, daha çox və daha yaxşı iş görmək istəklərinə görə təşəkkür edirəm.
“Avroviziya” müsabiqəsində Azərbaycanı təmsil edən, birlikdə işlədiyim hər kəsə minnətdaram. Bu, mənə unudulmaz təcrübə və emosiyalar qazandırdı. Hər birinizin bu layihədə qoyduğunuz dəyərli izi, özünüzün dəyərli parçası var. Amma xüsusi ilə mənim ən sevdiyim təmsilçini, bizim “Junior Eurovision” rekordsmeni Sona Əzizovanı vurğulamaq istəyirəm. Əminəm ki, onun əsas uğuru hələ də qabaqdadır. Nümayəndə heyətinin yeni rəhbərinə və "Avroviziya" komandamıza parlaq artistlər, xit mahnılar, saysız-hesabsız “12 points” və yeni zirvələrin fəthini arzulayıram! May ayında sizə azarkeşlik edəcəyik! Ən xoş və təmiz arzularla!”
İsa Məlikovun yerinə isə İTV-də baş direktorun müavini vəzifəsini icra edən Vasif Məmmədov gəlib.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






.jpg)






















.jpg)






.jpg)


