Magazin1
Həyat yoldaşı əməkdar artistə xəyanət etdi
O mənim sanki böyük oğlum idi, 3-cü uşağım kimi, həm də ən şıltağı... Amma heç vaxt üzr istəmədi, əlaqə tamamilə kəsildi. Mən heç o məhəllədən də keçmirdim. Amma peşman olmuşdu, yoldaşları mənə mesaj göndərirdilər bəlkə qayıdıb gəlsə... Su da axarını dəyişir. O insan öz ağlı ilə getməmişdi. Xəyanət, çətin hissdir, həzm olunası bir şey deyil. Qəbuledilməzdir. Mən də ona görə qəbul etmədim.
Publika.az xəbər verir ki, bu sözləri aktrisa, Əməkdar artist Gülşad Baxşıyeva Lamiyə Balacayevanın aparıcısı olduğu "Düzünə qalsa" verilişində deyib. Keçmiş həyat yoldaşından danışan aktrisa verilişdə ilk dəfə şəxsi həyatı barədə səmimi etiraflar edib:
"Qapıdan da qovmazdım. Gəlib, uşaqlarına baxardı vəssalam. O, mənim uşaqlarımın atası idi, kimsənin deyil! Mənə həmişə deyirlər ki, kişilərin tərəfini saxlayıram. İnsan kimi yanaşanda görürəm ki, onların da missiyası ağırdır. Ayrıseçkilik edib, qadınlara haqq qazandırmayaq. Öz də indiki qadınlar var ha, məndə onlara qarşı allergiya var. Çox tələbkar olurlar, çünki rahatçılıqda yaşayırlar. Bilmir pul necə qazanılır! Ürəyi istəyəndə çay içir, televizora baxır. Deyir, uşaq mənə əziyyət verməsin. Hamı bu yolu keçib də. İndiki gəlinlər hazır evə gedirlər. Deyir, mən istəyirəm həyat yaşayım, ərim məni təmin eləsin. Mənə elə gəlir ki, onlarda zehni baxımdan gerilik var. Gərək kişi gedib, oğurluq etsin? Onda sən də başsız qalacaqsan da. Əziyyətsiz bir həyat yaşamaq istəyirlər. Bütün günü salonlarda olmaq və s. Guya bu qadın yaşamaq istəyir, amma o kişi yox!"
Daha sonra aktrisa sənət yolundakı maneələrdən söz açıb:
"İncəsənət aləmi çox etibarsızdır. Bu sənətin özünə aid deyil, onun ətrafı var ha... Açıq şəkildə deyirəm ki, biz sənətçilər bir-birimizə qarşı çox etibarsızıq. Birimiz digərinin xoş gününü istəmirik. Biri təzə nəsə alanda o biri gecəni yata bilmir. Qaşınma tutur, ona oldu, mənə olmadı. Ayaq qazmalar var. Tanımayan biri soruşanda pis nəsə deyib, gözdən salırlar. Amma məndən keçib artıq o şeylər. Məni maraqlandırmır, kim mənim barəmdə nə deyir, qoy desin!"
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi







.jpg)
.png)



























