Magazin1
Qadın "mən başam" deyəndə, əcaib bir şeyə çevrilir - Xalq artisti
Qadın ilk növbədə elə qadın olmalıdır. Qadın gözəllik və ağlın harmoniyasıdır. Amma bu qütblər qızıl orta xətdə birləşməlidir. Hansı qadın düşünsə ki, o kişidən ağıllıdır, o böyük səhv edəcək!"
Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Vidadi Həsənov Mtv-də Lamiyə Balacayevanın aparıcılığı ilə yayımlanan "Düzünə qalsa" proqramında qonaq olarkən deyib.
"Düşünürəm ki, gözəllik və ağlın birləşdiyi xətdə qadın gözəldir. Hansı qadın düşünsə ki, o ziyadə gözəldir və ya ağıllıdır, o səhv edəcək. Qütblər həmişə qorxuludur. Qadın düşünəndə ki, bəli, o gözəldir həm də qadındır və ya ağıllıdır... Bax bu başqa məsələ. Çünki qadınlıq gözəllik və ağıldan da üstündür. Atalarımız deyir ki, qadın boyun, kişi başdır. Kişi necə, hara hərəkət elədiyini bilmir. Boyun elə bir şeydir ki, hara istədi hərəkət edir, heç başın ondan xəbəri də olmur. Bəzən elə qadın tapılır ki, deyir mən başam. Onda da yerdəyişmə olur, əcaib bir şeyə çevrilir. O da olmur da”, - deyə V.Həsənov əlavə edib.
Keçmişlə yaşamadığını deyən aktyor sənət yolundan da söz açıb:
“Keçmişlə yaşamaq lazım deyil. Keçmişlə yaşamaq insanı həmişə geriyə çəkir. Gələcəklə yaşamaq, xəyalların arzusunda olmaq da lazım deyil. Gerçəkliklə yaşamaq lazımdır. Gerçək olan bax bu gündür. Onu dəyərləndirmək və tam yaşamaq lazımdır. Pulun dəyərini insan təkcə pul olmayanda bilmir ki. Pulun dəyərini gərək pul olanda da biləsən də. Çox zaman biz pul olmayanda onun dəyərini bilirik. Kasıblıq sınağından hamı çıxa bilir, amma insanların çoxu firəvanlıq sınağından çıxa bilmir. Pul insanları çaşdıra da bilir.
Hər ayın sonuna yaxın görürəm ki, pulum qurtarır. Maaşla yaşayan adamlarıq. Rüşvət almırıq, başqa bir gəlirimiz yoxdu. Biz ancaq incəsənətlə məşğul oluruq. 43 ildir teatrda, 37 ildir İncəsənət universitetində işləyirəm. Ancaq maaşımla dolanıram. Öz zəhmətimin haqqı ilə yaşayıram. Heç vaxt, heç bir yerdən gəlirim olmayıb. Buna baxmayaraq, aktyor sənətindən peşman olmamışam. Bu bizim gerçəkliyimizdir. Kim razılaşmasa, gedib başqa işlə məşğul olur. Bunun başqa yolu yoxdur”.
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi






.jpg)




























.jpg)


