Magazin1
Afşin Azəri susdu, Əli Pomehr isə... - İranlı müğənnilərdən REAKSİYA
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub.
Publika.az xəbər verir ki, "bizim media"a hadisə ilə bağlı Azərbaycanda fəaliyyət göstərən və tez-tez efirlərimizdə görünən iranlı bəstəkar-müğənni Afşin Azəri və Əli Pomehr ilə əlaqə saxlayıb.
Afşinin meneceri Nevid açıqlamasında bildirib ki, baş verən hadisədən xəbərdardır.
Əli Pomehr isə əməkdaşımızla söhbətində bunları deyib:
"Törədilən terror aktı ilə bağlı çox pis olmuşam və narahatlıq keçirirəm. Hamı mənə zəng edib məsələ ilə bağlı münasibətimi öyrənmək istəyir. Hazırda mən də xəbərləri izləyirəm və bu məsələnin kimlər tərəfindən törədildiyini öyrənmək istəyirəm".
Qeyd edək ki, Azərbaycan Prezidenti Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınadığını açıqlayıb.
Xatırladaq ki, Azərbaycan XİN baş verənlərlə bağlı rəsmi məlumat yayıb. Bildirilir ki, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib.
Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir. Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)

.jpg)





.jpg)





















.jpg)
.jpg)
