Magazin1
Doğuşun oğlu olduğunu deyən gənc Xoşqədəm haqda NƏLƏR DEDİ? - DETALLAR
Müğənni Doğuşun oğlu olduğunu deyən Seyid adlı türkiyəli gənc yenidən gündəmə gəlib.
Publika.az xəbər verir ki, o, Xoşqədəm Hidayətqızının DNT testinin nəticələrini dəyişdirdiyini iddia edib.
Bu barədə məlumatı müğənni, yazıçı Onur Akay yayıb.
Məlumata görə, 22 yaşlı gənc Azərbaycanda verilən qan və saç testinin nəticəsinə inanmadığını bildirib və testin Türkiyədəki xəstəxanalardan birində təkrarlanmasını tələb edib:
“Xoşqədəm Hidayətqızı DNT testinin nəticələrini dəyişdirib. Oradakı DNT nəticəsini qəbul etmirəm. Testlərin Türkiyənin xəstəxanalarından birində təkrarlanmasını tələb edirəm. Atamın Doğuş olduğundan əminəm”.
Türkiyə mediasının yazdığına görə, bu durum 8 ildir evli olan Xoşqədəm-Doğuş cütlüyü arasında gərginliyə səbəb olub və müğənni Türkiyədə DNT testi verməyə razılaşıb.
Xatırladaq ki, müğənni və oğlu olduğunu iddia edən Seyidin Azərbaycanda verdiyi testin nəticəsi 7 yanvarda açıqlanıb. Nəticəyə görə, Doğuş ilə Seyid arasında 99,99% nisbətində heç bir əlaqənin olmadığı ortaya çıxıb. Lakin elə həmin vaxt müğənni instagram hesabında video paylaşıb. Xoşqədəm Hidayətqızını videgörüntüyə etiketləyərək DNT testinin hələ də tam yekunlaşmadığını və nəticəni gözlədiklərini bildirib.
Bundan başqa məşhur müğənni yanvarın 4-də Beyaz TV-də yayımlanan “Söyləməsəm olmaz” verilişinə telefonla qatılaraq Seyidi mənəvi oğlu olaraq qəbul edə biləcəyini qeyd edib:
“Xəbəri kədərlə oxudum. Hazırda həyat yoldaşım Xoşqədəm xanım və uşaqlarımla Dubayda tətildəyik. Atası olduğumu iddia edən gənci tanıyıram. O, həyat yoldaşımın Azərbaycanda yayımlanan verilişinə də qatılıb. Fenomendir. Seyid adı ilə tanınır. Verilişdə də atası olduğumu iddia etdi. Bir az bənzərlik var, amma bu, mümkün deyil. Xəbərdən sonra birbaşa DNT testi verdim və nəticəyə tam əminəm. Onu mənəvi oğlum kimi qəbul edə bilərəm, bundan o tərəfi mənə və ailəmə zərər vurar. Minlərlə uşaq oxuduram, onlar da mənim övladım kimidirlər. Prosesin necə davam edəcəyi mənə də sizin kimi maraqlıdır”.
Qeyd edək ki, Doğuş-Xoşqədəm cütlüyü 2014-cü ildə ailə qurub. Onların Arda və Arın adlı ekiz oğul övladları var. ("Savash")
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 21 Sentyabr 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir









.jpg)






.jpg)





.jpg)














