Magazin1
Elzadan konsertində KURYOZ ADDIM: "Dedim ki, gəl, məni qucaqla..." - VİDEO
Əməkdar artist Elza Seyidcahan illər öncə baş tutan konsertində qəribə hadisə yaşadığını etiraf edib.
Publika.az xəbər verir ki, hazır ki, sənətçi “Söhbət var” verilişində qonaq olarkən, 2018-ci ildə solo konsertindən əvvəl qulaq mikrofonunu unutduğunu bildirib.
Çətin vəziyyətdə qalan bəstəkar elə səhnədə planlaşdırdığı kurioz addımdan danışıb:
“2018-ci ildə Heydər Əliyev Sarayında solo konsertim oldu. Əməkdar artist Bəhruz Vaqifoğlu şeirlərimi tamaşa kimi səhnələşdirmişdi. “Əşyalar”, “Yenə o bağ olaydı” şeirləri və s. Deməli, məşqə gəlmişik. Qulaq mikrofonum təsadüfən yadımızdan çıxıb evdə qalmışdı. Həmin gün də “Formula 1” və Zərifə Əliyevanın doğum günü ilə əlaqədar olaraq yollar bağlanmışdı. Hər yer tıxac idi deyə, gedib evdən götürə bilməyəcəkdik.
Bəhruz gəlib mənə dedi ki, Elza xanım, necə edək? Bəlkə tamaşanı göstərim, ancaq şeiri deməyək? Dedim necə yəni deməyək? Olmaz axı. Kimdənsə mikrofonu alıb şeir demək olmur. Dedim ki, Bəhruz, mən piano ifa edəndə gəl, məni qucaqla və şeirini mənim mikrofonum vasitəsilə de. İnanırsınız, hamıya o səhnə təsir etmişdi. Düzdür, bəlkə də o sirri açmamalı idim. Yəni sənətkar üçün “yoxdur” sözü yoxdur”. (OLAY)
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi







.jpg)
.png)



























