MDB
Qalmaqal: Veteranı xəstəxanadan tərliklə buraxdılar - FOTO
Rusiyada veterana qarşı edilmiş hörmətsizlik sosial mediada narazılıq yaradıb.
Publika.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd edilib ki, Yekaterinburqdan olan Viktor adlı veteranın övladları tibb işçilərini atalarına qarşı laqeydlikdə günahlandırıblar.
"Gazeta"nın məlumatına görə, 71 yaşlı ikinci qrup əlil olan və hər iki Çeçenistan müharibəsində iştirak etmiş Viktor şiddətli ağrı və şişkinlik səbəbindən xəstəxanaya yerləşdirilibmiş. Bundan əlavə o, yaxınlarına qəribə şeylər danışıb və heç vaxt baş verməmiş hekayələr uydurub.
Həkimlər veteranın oğlu ilə söhbətində kişinin təkrar müayinələrdən sonra bazar günü evə buraxılacağını bildiriblər. Lakin ata şənbə günü zəng edərək yaxınlarının onu xəstəxanadan təcili çıxarmasını istəyib.
Daha sonra Viktorun oğlu tibb müəssisəsinə gəlib və orada xəstənin müalicədən imtina sənədini imzalayaraq xəstəxanadan getdiyini eşidib.
"O, noyabrın sonunda xəstəxana tərlikləri ilə buraxılıb və xəstə müəssisədən həm də başıaçıq gedib. Hansı adekvat durumdan söhbət gedə bilər axı?",-veteranın oğlu anormal situasiyadan gileylənib.
Bir müddət sonra müharibə iştirakçısı yaxınlıqdakı mağazada aşkarlanıb. Mağazaya artıq təcili yardım maşını da çağırılıbmış. O, həmin xəstəxanaya geri göndərilsə də, kişinin yaxınları tibb işçilərinin məlum məsuliyyətsiz münasibəti səbəbindən bundan imtina ediblər. Viktor evə aparılıb.
Veteranın qohumları Rusiya İstintaq Komitəsi və "Rospotrebnadzor"a müraciət ediblər. Xəstəxana isə bəyan edib ki, nsidentlə bağlı komissiya yaradıb. Məlum olub ki, müalicə prosesində heç bir qüsur aşkarlanmayıb. Tibb işçilərinin veteranla bağlı onun yaxınlarına heç nə deməməsinə gəlikdə isə, həkimlər yalnız xəstənin əmək qabiliyyətini itirdiyi təqdirdə qohumlarına məlumat verməlidirlər.
Bir həftə sonra Viktor yenidən eyni xəstəxanaya yerləşdirilib. Oğlu həkimlərə məlum hadisəni xatırladıb.
Nəşr yazıb ki, bu dəfə həkimlər vetarana diqqətlə yanaşıblar və onun xəstəxanada yatdığı müddətdə ailəyə xəbər etmədən Viktoru müəssisədən çıxarmayacaqlarına söz veriblər.
Tural
-
İdman12:52Qrimaldonun özündən 2 yaş böyük sevgilisi: Onlar necə tanış olublar? - FOTOLAR
-
Sosial12:43Sabah 33 dərəcə isti olacaq
-
Region11:36Paşinyanın partiyasında kreslo mübarizəsi başladı: Əsas hədəf bu postdur
-
Sağlamlıq11:10Pişikləri qovmayın, onlar uşaqlarda bu xəstəliyi ağırlaşdırmır: Alimlər sübut etdilər
-
Qoroskop10:44Bu gün onların günüdür - Həyatında yeniliklər olacaq 5 bürc
-
İqtisadi gündəm09:54Bitkoin 200 min dollara çatacaq? – Milyarder kriptovalyuta tərəfdarlarını ələ saldı
-
Səhiyyə09:00Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi
-
ABŞ08:48ABŞ ordusunda yenilik - Atəş əmri smartfonla veriləcək








































