Magazin1
“Komedixana”nın evli rejissorla eşq yaşayan aktrisası kimdir? - FOTO
2019-cu ildən “Xəzər” telekanalında yayımlanan “Komedixana” layihəsi illərdir izləyicilər tərəfindən sevilir. Layihənin ulduzları isə tamaşaçıların daim diqqət mərkəzindədir.
Bəs “Komedixana”nın ulduzlarından olan aktrisa Mələk Kazımova kimdir?
Publika.az “Musavat.com”a istinadən aktrisanın dosyesini təqdim edir.
Mələk Kazımova 25 iyul 1996-cı ildə Bakıda dünyaya gəlib. Mələk “Komedixana”dan öncə bir neçə filmdə rol alıb.
“Komedixana” və TikTok-dakı fəalliyəti ilə diqqət çəkən Mələk Kazımova haqqında mediada çox xəbərə rast gəlinmir. O, 135 minlik instaqram hesabında da aktivdir. Mələk daha çox “Komedixana”dan və etdiyi səyahətlərdən paylaşımlar edir.
Şəxsi həyatını mediadan gizlədən aktrisanın haqqında xəbərlər qızının doğulması və evli rejissorla münasibəti barədədir.
Belə ki, 2017-ci ildə aktrisanın rol aldığı “Mahmud baba” serialının rejissoru Samir Kərimoğlu ilə eşq yaşaması gündəm olmuşdu.
O isə münasibətlərini “ölkə.az”a müsahibəsində belə şərh etmişdi:
“Münasibətimiz var idi deməzdim. Nə münasibət var idi, nə münasibət yox idi. Belə bir durum idi.Hər kəsin ailəsinə hörmətlə yanaşıram. Onun da ailəsi, övladları var. Düşünürəm ki, münasibətdən söhbət gedə bilməzdi. Amma ona oxşar bir şey var idi.
Mən də əvvəlcə düşündüm ki, alınmaz. Amma sonradan nəsə inandım (gülür). O barədə danışmaq, çox dərinə getmək istəmirəm”.
İki il öncə aktrisanın qız övladı doğulması barədə xəbərlər yayılmışdı.
Mələk Kazımova yol polisinin qarşısında yol hərəkəti qaydalarını kobud şəkildə pozması, çəkdiyi siqaretin kötüyünü yerə atması ilə də gündəmə gəlib.

-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı



































