Magazin1
Tolikin uşağının anası görün kimdir - FOTO
Tanınmış aparıcı Tarix Əliyev (Tolik) şəxsi həyatı ilə bağlı sosial şəbəkələrdə və mediada yayılan müzakirələrə aydınlıq gətirib. Bir müddət öncə ata olduğunu ictimaiyyətə təntənəli şəkildə açıqlayan aparıcının ailə həyatı və övladının anası ilə bağlı suallar ictimai maraq doğurmuşdu.
Publika.az xəbər verir ki, həmkarları Aytən Səfərova və Nazilə Səfərli ilə birlikdə 'TikTok'da canlı yayım zamanı Tolik bu məsələyə münasibət bildirib. O, övladını dünyaya gətirən xanımın Türkiyədə yaşadığını və onun daşıyıcı ana olduğunu açıqlayıb.
Aparıcının sözlərinə görə, qadınla arasında hər hansı romantik münasibət yoxdur və bu, yalnız surroqat analıq razılaşması çərçivəsində həyata keçirilmiş bir addımdır:
"Bacıma demişəm ona qəşəng geyimlər alsın. Çünki o mənim qızımın dayəsidir. O, gözəl olmalı, gözəl geyinməli, dırnaqları səliqəli olmalıdır. Axı mənim uşağıma baxır. Ana yoxdur. Türkiyədədir. Doğub mənə verib.
Bilirsiniz ki, mənim qızım necə xoşbəxt olacaq? Hər şeyim, evlərim, bağım onundur. Ağıllı və təhsilli olmasını istəyirəm. Görməmiş olmasın.
Mənim yaşım elə bir dövrdədir ki, 20-25 yaşında qız ala bilmərəm. Gərək alanda 35-dən yuxarı alım. O qadınların da dünyaya uşaq gətirməsi çətindir".
Aparıcı evlənmək arzusunda olduğunu da açıqlayıb:
"Bu uşağa nə vaxtsa demək istəmirəm ki, anan yoxdur. Bəlkə sabah övladım məndən bunu soruşana qədər bir xanımla ailə quraram. O uşağın adını verərəm o xanıma, bilərəm ki, onun anasıdır. O qədər namuslu qadınlar var ki, bir dəfə ailə qurublar və boşanıblar, uşaqları yoxdur. Mənim anam da boşanıb. Məgər boşananlar hamısı pis olublar? Bəlkə o, gəlib mənim uşağıma elə bir ana olacaq ki, anasından da yaxşı olacaq.
Uşağın dayəsi 1500 manat alır. Hər gün gecə-gündüz bizdədir. Uşağın çoxlu xərci var. Onlayn platformalardan nə qədər oyuncaq sifariş etmişəm. Ancaq paltarı elə almıram. Bizim mağazalardan alıram". (Yenisabah.az)
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var
-
Sosial3 Aprel 19:30Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkənslərin görüntüləri yayıldı - Foto
-
Nəqliyyat3 Aprel 19:00Yeni ödənişli yolun qiyməti nə qədər olacaq? - Tarif Şurasından açıqlama
-
Digər3 Aprel 18:50Günəşdə güclü partlayış baş verdi
-
Sosial3 Aprel 18:20Nizami Kino Mərkəzində vandalizm edənlərin kimliyi məlum oldu



































