Magazin1
Nazilə Səfərli üsyan etdi: “Arvadı canımı boğazıma yığıb!” - VİDEO
Tanınmış aparıcı və şairə Nazilə Səfərli Türkiyənin məşhur aktyoru Ozan Akbabanın həyat yoldaşına ünvanladığı sərt fikirlərlə gündəmə gəlib. O, aktyorun “Uzak Şehir” serialındakı öpüşmə səhnəsinə görə sosial mediada tənqid olunmasını yersiz sayıb və Akbabanın həyat yoldaşını dolayısı ilə qınayıb.
Publika.az xəbər verir ki, Nazilə Səfərli video çıxışında bildirib ki, Ozan Akbaba illərin zəhməti ilə sənətində zirvəyə çatıb və həyat yoldaşının onu qısqanması aktyorun sənətinə kölgə salır:
“Bu Ozan Akbabanın da arvadı canımı boğazıma yığıb. Yəqin mənimlə şərik olanlar olacaq, olmayanlar da. O, yaxşı oğlandır, aktyordur. 40 ilin başında bir dəfə zirvə yaşayır. Sənəti tutub, rolunu da kişi kimi oynayıb. Xəta olub, gedib Sinemi öpüb. Serial sezon finalına çıxır, orada öpüşmək səhnəsi var. "TikTok"a, "İnstagram"a girə bilmirik. Haranı açırsan, Ozan Akbabanın öpüşməsindən danışır'”.
O, Akbabanın xanımına ünvanladığı fikirlərdə qısqanclığın yersiz olduğunu vurğulayıb:
“Evinizdə yatanınız yoxdu? Öpüşməyə guşəniz yoxdu? Gərək başqa kişilər görməlidir ki, sən də bu cür öpüşə bilirsən? Kimə pas ötürürsən? Yemədik, Bayquş! Bir güzgüyə bax gör nəyə oxşayırsan. O cür yaraşıqlı, xarizmatik oğlanı qapmısan, dərdini de. Aktyordu, gedir orada Sinemi öpür, aldığı maaşı da sənə verir, zəqqumlanırsan. İmkan ver, ərin dünyada şöhrət yaşasın. Sən də onunla fəxr elə. Dünənə kimi milyon dəfə rol oynayıb, hardaydın? Arvadsan, otur evində, balalarının içində. Ərin də nigaran qalmasın. Gül kimi oğlanlar gedir, gör kimlərə qismət olur”.
Qeyd edək ki, Ozan Akbaba “Uzak Şehir” serialında baş rollardan birini canlandırır. Serial Azərbaycanda da geniş izləyici auditoriyasına malikdir. Aktyorun final bölümündə aktrisa Sinem Ünsal ilə çəkilən öpüşmə səhnəsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.(Yenisabah.az)
-
Magazin102:42"Ən yaxşı cütlüy"ün NADİR FOTOLARI
-
Sosial02:12Ürəyi 45 dəqiqə dayanan qadın danışdı: "Həkimlər deyirlər ki, iki dəfə olub" - VİDEO
-
Səhiyyə00:306 aylıq körpəni saatlarla gözlətdilər - “Leyla Medical”a ağır ittiham
-
Magazin100:15Həmidə Ömərova ilk dəfə nəvəsinin FOTOSUNU PAYLAŞDI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Yeni planlar sizi həyəcanlandıra bilər
-
Magazin213 Dekabr 22:40Azərbaycan Ermənistana 3 xal verdi, onlar isə...
-
MDB13 Dekabr 22:12Rusiyada azərbaycanlılara qarşı ƏMƏLİYYAT - Sabirabadlı avtoritet saxlanıldı
-
Magazin113 Dekabr 21:24Səsləri onların qızı elan edəcək - FOTO






.jpg)























