Magazin1
Xalq artisti xəstəliyinə görə avtomobilini satdı - Heç kim mənimlə maraqlanmadı
"Yazırlar Allah rəhmət eləsin. Ölməmişəm. Bu ayın 25-də səhnəyə çıxacağam. Qocalmışam ayağımdan çəkirlər, cavan olsam nə edərlər. Var-dövlətim də yoxdur, nə istəyirlər bilmirəm".
Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Fatma Mahmudova "Bizimləsən" proqramında deyib.
Aktrisa xəstəliyindən danışıb. O bildirib ki, diqqətsiz qalıb:
"Xəstələnməyimin səbəbi oldu. Diqqətsiz qaldım və xəstələndim. Yaxşı ki, çatlayıb ölmədim. Heç kim mənimlə maraqlanmadı, qayğıma qalmadı. 57 ildir səhnədəyəm".
Aparıcı Zaur Baxşəliyevin "Sənətkarın arzusu diqqət və qayğı görməkdir. Fatma Mahmudova əziyyət çəkib. İçində böyük dərd yaşayır, amma insanları güldürməyi bacarır. Tamaşaçı bilmir ki, Fatma Mahmudovanın evinin qapısı yoxdur. Özünə sığışdırmır qapı döysün. Niyə evində qapı yox, pərdə asılmalıdır? Niyə xəstəliyinə görə avtomobilini satmalıdır" sözlərinə aktrisa kövrəlib.
Qeyd edək ki, F.Mahmudova bir müddət əvvəl insult keçirib və səhhətində problemlər yaranıb.(axşam.az)
-
Dünya09:36ABŞ İrana qaçan agentin başına bu qədər mükafat təyin etdi
-
Maraq dünyası09:12Bu bürclərin 15-31 may tarixlərində pul sarıdan bəxtləri gətirəcək
-
Magazin108:36Vəfat edən əri ilə bağlı paylaşım etdi - VİDEO
-
İdman08:00Fransa dünya çempionatına bu heyətlə gedir
-
Magazin106:16Nəsrinin serialı nə vaxt başlayır?
-
Avto05:15Ən ucuz avtomobil 2030-cu ilə qədər yoxa çıxa bilər - FOTO
-
Sosial04:14Mətanət Qarayeva vəzifəsindən azad edildi
-
Magazin101:11Bu il də finala keçə bilmədik































.jpg)


